Ailə həyatını mətbuat vasitəsilə quran ilk azərbaycanlı - Həsən bəy Zərdabi
Ailə həyatını mətbuat vasitəsilə quran ilk azərbaycanlı Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim olaraq Azərbaycanda bir çox yeniliklərin bünövrəsini qoymuş Həsən bəy Zərdabi olmuşdur. Həsən bəy Zərdabi 1865-ci ildə Moskva Universitetini elmlər namizədi diplomu ilə başa vurduqdan sonra onun qarşısında bir sıra perspektivlər açılır. Universitetin rektoru olan Solovyovun ailəsi də onu yaxşı tanıyır və böyük hörmətlə qəbul edirlər. Daim Solovyovun evində olan Həsən bəy onun qızını həqiqi məhəbbətlə sevirdi. Bu məsələdə qızın da münasibəti eyni dərəcədə həqiqi və ciddi idi. Lakin Həsən bəy ali təhsil almış bir müsəlman olaraq xristian qızı ilə evlənməsi nəticəsində xalqının həm özündən, həm də xanımından üz döndərəcəyini düşünür. Ona görə də sevdiyi xristian qızla nikaha girməkdən imtina edərək, müsəlman olan xalqına xidmət etmək üçün vətəninə qayıdır. Nəhayət 1872-ci ildə, o, özünün gələcək həyat ...