Kayıtlar

Kasım, 2021 tarihine ait yayınlar gösteriliyor

Bu gün Krujeva Toyumuzdur

Resim
29 noyabr  doğum günümdür; 39 yaşım tamam olur. Eyni zamanda həm də ailə qurduğum gündür. Düz 13 il bundan əvvəl – 29 noyabr 2008-ci ildə 26 yaşım tamam olan gün Aygün xanım ilə toyumuz oldu... Yəqin ki, əksəriyyətinizə məlumdur ki, toy  –  evlilik ildönümlərinin maraqlı adları var. Ona görə də baxdım ki, görək bu gün üçün toyumuzun ildönümü necə adlanır? Bunun üçün baxdığım ilk mənbə elə özümün 2018-ci ilin bu günündə – Qızılgül Toyumuzda hazırladığım "Toy ildönümləri" adlı video oldu. Yeri gəlmişkən, toyumuz da Sumqayıtda – "Qızılgül" şadlıq evi ndə olmuşdu... Öz hazırladığım videoda gördüm ki, 13-cü ildönümü Krujeva Toyu adlanır. Videonu özüm hazırlasam da, doğrusu heç bu sözün mənasını bilmirəm. Bunun üçün ənənəvi müraciət etdiyim "azleks"ə baxdım . Həmin saytda yerləşdirilmiş məlumata görə "Azərbaycan dilinin izahlı lüğəti" ndə "krujeva" sözünün mənası belə yazılıb: "Paltarı və ya ev müxəlləfatını bəzəmək üçün şəbəkəli tor t

İki əhvalat

Resim
Yazıçı deyiləm. Amma ara-sıra nəsə yazıram. 2019-cu ildə qələmə aldığım bu iki əhvalatı həmin vaxt Gənc Yazıçılar Klubunun keçirdiyi "Mini hekayə yarışması" üçün yazmışdım. Yarışmada iştirak etdiyim üçün məni təltif də etmişdilər... İki əhvalat Real həyatda qarşılaşdığım hadisələrin təsvirindən ibarət olan bu əhvalatları xüsusi olaraq fəhlə dostlarım üçün yazıram. Birinci əhvalat Bir gün təsadüfən mənimlə yaşıd olan səliqəli geyimli, yüksək ünsiyyət mədəniyyətinə malik gumrah vəziyyətli bir nəfərlə tanış oldum. Söhbət əsnasında təhsilli olmadığını, hərbi xidmətdən sonra yalnız fəhlə işlədiyini öyrəndim. Ancaq aylıq əməkhaqqısı mənim dövlət qulluğu maaşımdan azı 10 dəfə çox idi... Niyə bu qədər yüksək əməkhaqqı almasının səbəbini soruşdum. Axı indiyə qədər tanıdığım heç bir fəhlə bu qədər yüksək əməkhaqqı almırdı... Cavabı çox nümunəvi idi. Deməli bu yeni tanış olduğum fəhlə həmyaşıdım hərbi xidmətdən sonra tapdığı ilk iş yerinə heç də əl-qolunu sallayaraq getməyib. Tam bir ne

Heydər Əliyevə "HƏ" de AFFA!

Resim
Heydər Əliyev! Bu ad-soyad ölkəmizin tarixinə əbədi yazılıb. Amma bu yazım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında deyil, dostum Heydər Əliyev haqqındadır. Qatı futbol azarkeşi olan Heydər dostumla dostluğum pandemiya təzə başlayan vaxtlardan başlayıb. Belə ki, çöldə həyatın durduğu vaxtlarda Heydər qardaşımız biz futbol azarkeşləri üçün özünün feysbuk profilində   “Yaşıl meydan” adlı sual-cavab turniri təşkil etmişdi. Kifayət qədər gərgin, dramatik, maraqlı yarışma olmuşdu... Virtual dünyada demək olar ki, hər gün bir-birimizi görürük, ünsiyyətimiz olur. Amma real dünyada cəmi bir dəfə onunla görüşmüşəm. Bu yazıya əlavə etdiyim şəkli də həmin görüşümüz zamanı Heydər çəkmişdi. UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sumqayıt” – “Çukariçki” cütlüyünün Sumqayıtda keçirilən cavab oyunu zamanı matçı onunla birlikdə seyr etdim. Mən də futbol azarkeşiyəm. Amma o oyunda gördüm ki, mən heç kiməm... Heydər azarkeşlikdə başqa aləmdir! Təəssüf ki, həmin gün “Sumqa

24 noyabr – Türkiyədə Müəllimlər Günü

Resim
Dünyanın müxtəlif yerində fərqli tarixlərdə qeyd olunan  Müəllimlər Günü   Türkiyədə hər il 24 noyabr tarixində qeyd edilir. Atatürk 20 sentyabr 1928-ci ildə Kayseridə xalqa yeni türk hərflərini öyrədərkən. Mənbə:  commons.wikimedia.org Türkiyə Cümhuriyyətinin qurucusu olan  Mustafa Kamal Atatürkün "Baş müəllim" adını aldığı 24 noyabr tarixi 1981-ci ildə – Atatürk İlində Prezident Kənan Evren tərəfindən Müəllimlər Günü elan edilmişdir. Atatürkün "Baş müəllim" adını almasının maraqlı tarixçəsi var. Belə ki, 1923-cü ildə qurulmuş Türkiyə Cümhuriyyətində təhsildə ciddi islahatlara ehtiyac var idi. Məqsəd oxuma-yazmağı asanlaşdırmaq, müasir təhsil sistemini tətbiq etmək idi. Buna görə də Türkiyədə yeni əlifbaya keçid üçün fəaliyyətə başlanıldı. Nəticə olaraq, ilkin mərhələdə ali məktəblərdə keçirilən fizika, kimya, riyaziyyat dərslərində və poçt parkalarında latın əlifbasının işarələrindən istifadə edildi. 9 avqust 1928-ci il Türkiyə üçün latın hərfli əlifba inqilabın

Buduqlu General vəfat etdi

Resim
Əslən Quba rayonunun Buduq kəndindən olan, tanınmış buduqlu hüquqşünas, ədliyyə general-mayoru Zavər Murad oğlu Qafarov  68 yaşında dünyasını dəyişib. O, ürək tutmasından vəfat edib. Zavər Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışmış, 2015-ci ilin mart ayınadək - təqaüdə göndərilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əmək daşlıq idarəsinin rəisi vəzifəsində işləmişdir. Daha sonra o, Ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin  20 noyabr 2006-cı il tarixli, 1784 nömrəli   Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə gör ə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin  18 noyabr 2009-cu il tarixli, 599 nömrəli   Sərəncamı ilə ona III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir. Hüquq elmləri üzrə fəlsəfə doktoru idi. Zavər Qafarov Xaçmazın Qobuqıraq kəndində dəfn ediləcək. Allah rəhmət eləsin!

Azərbaycanın ilk kriptovalyuta şirkəti — "Crypto Consulting" MMC

Resim
Kriptovalyuta dünyası son illərdə xeyli inkişaf edib. Pandemiya zamanı isə bu sahəyə maraq daha da artdı. Xüsusilə də internetin əlçatanlığı təmin olunduqca, insanlar kriptovalyuta  dünyası ilə daha yaxından tanış olmağa başladılar. Artıq bu bazarda böyük pullar və böyük oyunçular var. Riskləri də kifayət qədər təcrübə və bilik tələb edir. Azərbaycanda da bu sahəyə çox böyük maraq var. " Kriptovalyuta nədir?" sualının cavabı ilə artıq çox adam maraqlanır.  Şəxsən tanıdığım və ya yeni tanış olduğum əksər insanlarla bu haqda dəfələrlə söhbətlərim, fikir mübadiləmiz olub. Bu maraq məni ölkəmizdə bu sahədəki vəziyyəti araşdırmağa sövq etdi. İlk növbədə təbii ki, bunun rəsmi tərəfi ilə maraqlanmağa başladım. Çox aktual və gələcəyi olan bu sahə ilə bağlı ölkəmizdə ciddi boşluqlar var idi. Amma bu ildən vəziyyət dəyişməyə başlayıb. Artıq ölkəmizdə ilk kriptovalyuta şirkəti — "Crypto Consulting" MMC təsis olunub və fəaliyyət göstərir. Oxuduğunuz bu məqaləni də bilavasitə hə

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Resim
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan  "Dövlət və din" ictimai fikir toplusunun 2021-ci ildə nəşr olunan 3-cü (ümumilikdə 70-ci) nömrəsinin 113-119-cu səhifələrində dərc edilmiş məqaləmi diqqətinizə çatdırıram. Mənbə: Müəllifi olduğum ik iki fotonu özüm commons.wikimedia.org saytına yükləmişəm. Qrız məscidinin fotosunu isə AZƏRTAC-dan götürmüşəm.  QUBANIN ƏN QƏDİM MƏSCİDLƏRİ - ƏBU MÜSLİM MƏSCİDLƏRİNİN TARİXİNƏ DAİR MÜLAHİZƏLƏR Tərxan PAŞAZADƏ, tədqiqatçı, cekli829@gmail.com AÇAR SÖZLƏR: Əbu Müslim məscidi, Xınalıq, Qrız, Cek, İslam. КЛЮЧЕВЫЕ СЛОВА: Мечеть Абу Муслим, Хыналыг, Гриз, Джек, Ислам. KEY WORDS: Abu Muslim Mosque, Khinalig, Gryz, Jek, Islam. Giriş Azərbaycan Respublikasının Quba rayonu füsunkar təbiətə, etnik-dini baxımdan rəngarəngliyə malik olmaqla yanaşı, tarixi abidələri ilə də zəngindir. Belə tarixi abidələr sırasında dini məkanların özünəməxsus yeri vardır. Tarix boyu müxtəlif dinlərin təəssübkeşləri Quba torpağında

Böyük ədədlər necə adlanır?

Resim
Bir, iki, üç, dörd, beş... Bunları bilirik. Bəs b öyük ədədlər necə adlandığını bilirsinizmi? Böyük ədədlər və onların adları belədir: 1 000 000 - Bir milyon 1 000 000 000 - Bir milyard 1 000 000 000 000 - Bir trilyon 1 000 000 000 000 000 - Bir kvadrilyon 1 000 000 000 000 000 000 - Bir kvintilyon 1 000 000 000 000 000 000 000 - Bir sekstilon 1 000 000 000 000 000 000 000 000 - Bir septilyon 1 000 000 000 000 000 000 000 000 000 - Bir oktalon 1 000 000 000 000 000 000 000 000 000 000 - Bir nonalon 1 000 000 000 000 000 000 000 000 000 000 000 - Bir dekalon 1 000 000 000 000 000 000 000 000 000 000 000 000 - Bir endekalon 1 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 - Bir dodekalon 1 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 - Bir tredekalon P.S. Bu mövzuda TarPas kanalı üçün video da hazırlamışam. Bu linkdən daxil olub, baxa bilərsiniz: https://youtu.be/FIWSU80wLN0

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

Resim
Sabah - 14 noyabr 2021-ci ildə Azərbaycanda Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini keçiriləcək. Müsabiqə ölkəmizdə Azərbaycan Respublikasının Təhsil Institutu tərəfindən təşkil edilir. Azərbaycan, rus və ingilis dillərində keçiriləcək müsabiqə 90 dəqiqə davam edəcək. 1, 2 və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq. Müsabiqədə iştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. İştirak üçün ödəniş məbləği 13 AZN-dir. Qeydiyyat artıq başa çatıb. Belə ki, qeydiyyat Azərbaycan Respublikasının Təhsil Institutunu n Təhsil Texnologiyaları Mərkəzi tərəfindən 11 oktyabr - 1 noyabr aralığında onlayn aparılıb. Qeyd edim ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo ) məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqədir. Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən

Babam üçün Yasin

Resim
Babam demişdi ki, "Mən Yasin oxuyanda video çəkərsən. Mən öləndən sonra Yutuba qoyarsan" ... Ruhu şad olsun!