Kayıtlar

Bəşəriyyət tarixində ən böyük vulkan püskürməsi – Yaponiyanın Kikai vulkanı

Resim
Bəşəriyyət tarixində ən böyük vulkan püskürməsi – Yaponiyanın Kikai vulkanı Yaponiyanın Kobe Universitetinin yapon vulkanoloq alimləri bəşəriyyət tarixində ən böyük vulkan püskürməsinin izlərini aşkar ediblər. Həmin hadisə 7300 il əvvəl Yaponiyanın Küsü adası yaxınlığında baş verib. Püskürmənin mənbəyi Kikai sualtı vulkanı olub. Aparılan araşdırmalarda bu supervulkanın 7300 il əvvəl Yaponiyanın cənubunda mövcud olmuş Jomon sivilizasiyasını məhv etdiyi məlum olub. Qədim Jomon sivilizasiyası ilk yapon icması kimi tanınan qrup olaraq, balıqçılıq və ovçuluqla məşğul idi. Kikai vulkanı son 140 min il ərzində ən azı 3 güclü kataklizm meydana gətirib. Yeni araşdırmada tədqiqatçılar onlardan ən sonuncusunun gücünü qiymətləndirib, vulkan ərazisindəki dərinliyin ətraflı xəritəsini yaratmaq üçün seysmik məlumatlar toplayıblar. Xəritədə geniş sualtı çöküntülər aşkar edilib. Komanda uzaqdan idarə olunan sualtı robotlardan istifadə edərək, bir neçə yerdən çöküntü nüvələrini nümunə götürüb. Seysmik m

Sizə şair dostumu təqdim edirəm

Resim
Sizə şair dostum təqdim edirəm. O, Anar Məcidzadə dir. Anar Məcidzadə heç də sıradan bir şair deyil, həm də publisistdir, jurnalistdir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, həm də dövlət qulluğunun kiçik müşaviridir, mənim həmkarımdır, eyni qurumda çalışırıq. 8 ildən çoxdur onunla tanış və dərhal da dost olmuşuq. Bir-birimizlə çoxlu zarafatlarımız var... Hətta deyərdim ki, onun yaradıcı fəaliyyətinin əsas tənqidçilərindən biriyəm. Onunla dost olandan bəri onun dostları ilə də dostlaşmışam. Əgər "Dostluq zəncirinin möhkəmləndirilməsində xidmətlərinə görə" adlı bir mükafat olsaydı, inanın ki, o mükafatı qazanmağa ən layiqli namizədlərdən biri məhz dostum Anar Məcidzadə olardı. Arada mən də şeir yazıram. Gah yazıram, gah da yazmıram. Konkret desək, ürəyim istəyəndə yazıram. Anar isə dayanmadan yazır; çünki onun ürəyi həmişə yazmaq istəyir. Beləcə yaza-yaza artıq 7-ci kitabı çap olunub. Amma 1998-ci ildən bədii yaradıcılıqla məşğul ol

Orta barmaq işarəsi və ya Türbulans Pro Max hekayəsi

Resim
Doğma kəndim Cek kəndi ilə bağlı olan bu hekayəni feysbuk dostum olan şair, yazıçı, publisist Əsəd Qaraqaplan yazıb. Çox bəyəndiyim üçün bloqumda paylaşmağı uyğun gördüm. Xınalığa çatmamış Cek kəndi var; yolu iki tərəfdən keçən bu kəndin girəcəyində bir uşaq dayanmışdı: 10-12 yaşlarında. Yanında da bir neçə qoyun-quzu. Bu ağappaq, qırmızıyanaq uşağı elə bil indicə başqa dünyadan – göy üzündən paraşütlə endirmişdilər. Dünyanın bu ucqar yerində hər kəsdən qaçmağa hazırlaşırmış kimi bir duruşu var idi. Sarı saçlarını elə bil qazan qapağı qoyub kəsmişdin; başı bir az da ağı soyulmuş soyutma yumurtaya oxşayırdı.  Adəti üzrə – belə bir adət var axı, şəhərdən gələnlər özlərini sevimli göstərmək üçün ətrafdakılara, illah da uşaqlara salam verir, yeri gəldi-gəlmədi, yol soruşurlar – qabaq pəncərədən başımı çıxarıb ona salam verdim və anında aldığım reaksiya mənə qəşəng dərs oldu. Uşaq acıqla orta barmağını qaldırıb salamımı eləcə aldı. Sanki demək istədi ki, rədd ol get də yolunla, niyə mənə sa

Gələcəyin peşəsi – şəhər fermeri

Resim
Yaxın gələcəkdə geniş yayılacağı, əmək bazarında ən çox tələbatın olacağı proqnozlaşdırılan peşələrdən biri şəhər fermeri peşəsidir. Artıq o qədər də populyar, kütləvi olmasa da bu peşə ilə məşğul olanlar var. Zaman keçdikcə müxtəlif məhsulların yetişdirilməsi üçün evlərin damlarında və binaların fasadlarında bağ və bostanların salınması böyük şəhərlərdə trendə çevrilməkdədir. Gələcəkdə bu cür bağ və bostanların daha da geniş yayılması şəhərlərdə havanın çirklənməsi, yaşıl sahələrin olmaması, vətəndaşların təbiətdən təcrid edilməsi, ərzaq çatışmazlığı və qida təhlükəsizliyi kimi problemlərin həllinə yardım göstərə bilər. Xüsusilə də əhalinin artması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələri də yaşayış məntəqələrinə çevrilməkdədir ki, bu da əkinçilik, bitkiçilik, heyvandarlıq üçün yeni yolların tapılmasını zərurətə çevirir. Ona görə də damda əkinçilik, şaquli meşə salınması, bir sözlə hər bir boş yer kənd təsərrüfatı üçün qiymətləndirilə bilər. Bu zaman bitkilərə qulluq et

Əliş Kərəmli – real şəxs, yoxsa nağıl personajı?

Resim
Araşdırmalarımdan daha birini diqqətinizə təqdim edirəm. Bu araşdırmam 7 noyabr 2014-cü ildə " kultura.az"da  dərc olunub. Əliş Kərəmli. Mənbə: commons.wikimedia.org Hörmətli oxucu! Barəsində bəhs etdiyim şəxs haqqında, eşitdiyim vaxtdan müəyyən araşdırmalar aparsam da, hələlik ki, bu barədə elmi-akademik mənbələrlə rastlaşmamışam. Amma bu mövzu ilə bağlılığı olan bir sıra ədəbiyyatların adını çəkmək istərdim; hansı ki, bu məqaləni hazırlayarkən onlardan müəyyən qədər istifadə etmişəm. Onu da qeyd edim ki, bu mövzu ilk dəfə tanınmış jurnalist, görkəmli tədqiqatçı, mərhum Oqtay Eldəgəz tərəfindən gündəmə gətirilmişdir. *Sergey Borodinin “Dmitriy Donskoy” (1941) tarixi romanı. Həmin romanda Əliş bəy və onun vətəninə dair qısa məlumatlar yer almışdır;  *“Səhra pələngi” ləqəbli, Ərəb Şərqində İngiltərə Xüsusi Xidmət İdarəsinin məşhur kəşfiyyatçısı Henri Lourensin xatirələri (“Görülməyən surətlər” əsəri, rusca, səh. 173. Dövlət Siyasi Nəşriyyatı – Qospolitizdat, Moskva, 1957);  *Y

Əbu Turxan kimdir?

Resim
Əbu Turxan. Mənbə:  Facebook İllər öncə mediada bir imza meydana çıxdı: Əbu Turxan . Onun insan, cəmiyyət, sevgi, ağıl, mənəviyyat, əxlaq və başqa mövzulardakı aforizmləri, rübailəri və şeirləri qəzetlərdə çap olunmağa başladı. Son illərdə isə sosial şəbəkələrdə mütəmadi olaraq Əbu Turxan imzalı aforizmlərə rast gəlmək olur. Bəs fenomenə çevrilmiş Əbu Turxan kimdir? Əbu Turxan fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov un təxəllüsüdür. 1999-cu ildə onun oğlu anadan olur və adını türk adı olan Turxan qoyur. Səlahəddin müəllim sonradan həm türklüyü ifadə edən, həm də Şərq, türk-islam fəlsəfəsi ənənəsini özündə cəmləşdirən "Əbu Turxan", yəni "Turxanın atası" təxəllüsünü götürür; bu imza ilə "Ədəbiyyat" qəzetində bir səhifə şeirləri çıxır. Çoxları bunun orta çağ ədəbiyyatı nümunələri olduğunu düşünürlər. Sonradan başqa mətbuat orqanlarında da Əbu Turxanın elm, sənət, ədəbiyyat, mənəviyyat, ağıl, məhəbbət mövzusunda silsilə aforizmləri çap olunur. B

Heyvanların öd daşları qiymətlidirmi?

Resim
“Facebook”dakı alqı-satqı qruplarının birində maraqlı bir alıcı gördüm. O, elan edib ki, iri buynuzlu heyvanların ödündən çıxan daşları (ing. Cow Gallstones) alır. Həmin statusun şərhlərində və internetdə araşdıranda da bu barədə maraqlı məlumatlar, iddialarla qarşılaşdım. Məsələn: *Guya bu daşlar alternativ tibbdə istifadə edilir. 50 qramı azı 3000 manat imiş; *Çində qramını 65$-a alırlarmış. Hətta donuzdan çıxan daşlar tibb sahəsində istifadə edilirmiş; *Bu daşlar kosmetoloji prosedurlarda istifadə olunurmuş; *Hepatiti müalicə etmək üçün və qaraciyərlə bağlı digər xəstəliklərin sağalmasında istifadə olunurmuş; *Bir Türkiyə şirkəti isə inəklərin öddaşlarının 1 kq-nı 15 min dollar qarşılığında Honkonqa satırmış; *və sairə bu kimi iddialar sosial şəbəkələrdə geniş yayılıb. Amma bu barədə heç bir rəsmi məlumat tapa bilmədim. Ehtimal ki, bu da son illərin fırıldaqçılıqlarından biridir. Bu öd daşları yalnız bəzi kolleksiyaçılar üçün maraqlı ola bilər.

Meyvə tanrısı - Zadə

Resim
Müşahidələrimdən deyə bilərəm ki, vaxtaşırı olaraq, soyad sonluqları ilə bağlı müzakirələr aparılır, müxtəlif təkliflər səsləndirilir. Bu müzakirələr zamanı ən çox ittiham olunanlar isə, mən də daxil olmaqla "-ov", "-yev" soyad sonluqlarını "-zadə" soyad sonluğu ilə dəyişənlərdir. Bizi ittiham edənlərin əsas arqumenti də odur ki, "zadə" fars mənşəlidir. Bəli, doğrudur. "Zadə" farsca "zadən" (doğmaq) feili ilə qohumdur. Həmçinin, İranda da kifayət qədər çox sayda insanın soyadında "zadə" var... Amma mən bildiyimə görə bu anlayış daha qədimdir. Farslardan da əvvəl "zadə" anlayışı qafqazlılarda olub. Qədim Qafqaz mifologiyasına görə "Zadə" və ya digər formalarda "Zade", "Zadeh", "Zaden" meyvə tanrısı olub. Bu mənada öz soyadımda "-zadə"nin işlənməsi daha məntiqlidir. Çünki biz də bizdən əvvəlkilərin meyvəsiyik. Bizdən sonrakılar da bizim meyvələrimizdir... Bunl

“Qarabağ” nə qədər qazanıb və nə qədər qazana bilər?

Resim
UEFA turnirləri iştirakçı klubların büdcələrini zənginləşdirmələri üçün gözəl fürsətdir. Ölkəmizi belə turnirlərdə uğurla təmsil edən Ağdamın “Qarabağ” klubunun da belə fürsətdən yararlandığını söyləyə bilərik. “Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində oynadığı üçün 5 milyon, Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdiyi üçün isə 3  milyon 630 min avro qazanıb. Ümumilikdə bu məbləğ 8 milyon 630 min (14 milyon 615 min manat) avro təşkil edir. Qeyd edim ki, UEFA klublara çatmalı olan pul mükafatını iştirak və nəticələrə əsasən sabit ödənişlərə və teleyayım dəyərindən asılı olan dəyişkən məbləğlərə bölərək təqdim edir. UEFA-nın müəyyənləşdirdiyi məbləğlərə əsasən, Avropa Liqasının qrup mərhələsində hər qələbə üçün 630 min avro mükafat nəzərdə tutulub. Oyunlar bərabərliklə bitsə, hər komanda 210 min avro əldə edəcək. UEFA-nın açıqlamasına görə qrup qalibləri büdcəsini əlavə olaraq 1 milyon 100 min avro zənginləşdirə biləcəklər. Qrup ikinciləri 550 min avro, pley

Şah heç də həmişə şah deyil!

Gecə oyun bitəndən sonra çalışdım ki, dərhal yatım. Çünki bilirdim ki, səhər işə mənim yerimə Şahruddin getməyəcək. Sadəcə bir status yazdım: "Təşəkkürlər "Qarabağ"! Yola davam!" Bəli, "Qarabağ" təşəkkürü haqq edir. Cənab Qurban Qurbanov təşəkkürü haqq edir! Düz ardıcıl 9 ildir ki, onsuz da qruplardadırlar. Bu mövsüm ÇL-də olmasa da AL-də yola davam edəcək. İnanıram ki, "Qarabağ" zəfər yaddaşımızı daha da möhkəmləndirəcək. Amma ÇL qrupu təbii ki, daha yaxşı olardı. Böyük pullar, geniş vitrin... Gəl indi qazanma... Amma maddi baxımdan kimin daha çox qazanmaq şansı vardı? "Azərsun"un. Ancaq "Azərsun" nə edir? "Kaz gelecek yerden tavuk esirgenmez" məsəlinə əməl etmir. Bu gün "Qarabağ"a qələbə yaddaşı olan transferlər lazımdır.  Əslində elə-belə heyətlə də ÇL-də qrupda ola bilərdi. Bəs niyə olmadı, kimdir günahkar? Aha, bu sualın da cavabı sadədir. Başda "Neftçi" olmaqla, qitə turnirlərində iştirak e

Bizə Əfqanıstanizm lazım deyil!

Çox vaxt daxildə bir problem yaranan kimi müəyyən resurslar vasitəsilə bunu xariclə əlaqələndirirlər. Qazinin özünü yandırması kimi faciəvi hadisəni də belə ələqələndirənlər oldu. Və yaxud da mövcud lokal problemdən diqqəti yayındırmaq üçün gündəmin dəyişdirilməsi və ya buna cəhdlər edilməsi də demək olar ki, bu qəbildəndir. Belə işlək konsepsiyalar uzun illərdir ki, dünyanın müxtəlif ölkələrində tətbiq olunur. Əslində bu kimi konsepsiyalar öz mahiyyəti baxımından uğurludur, zərər çəkə biləcək son hədəfi qoruya bilir. ABŞ-da bu konsepsiyanın konkret adı da var:  Əfqanıstanizm . Əfqanıstanizm –  yerli məsələləri iqnor etməklə dünyanın digər və uzaq hissələrində olan problemlərə diqqəti yönəltmək mənasınadır.  Başqa cür izah etsəm, əfqanıstanizm  medianın sosial yönümlü çətin lokal xəbərlərdən yayınaraq, uzaq yerlərdə, ölkə xaricində, elə məsələn, Əfqanıstanda baş vermiş hadisələr barəsində fikir yazmasıdır, populyar şəxslər tərəfindən bunun ictimailəşdirilməsidir.   İnternetdə  bu haqda

Ənvər Çingizoğlu vəfat edib

Resim
Vətənimiz üçün ən dəyərli, ən məhsuldar insanlardan biri - yazıçı, publisist, geneoloq, "Qızıl qələm" mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlu vəfat edib. Onunla vikipediyada fəaliyyət göstərdiyim ilk vaxtlardan tanış idim. Feysbukda da ən yaxşı dostlarımdan biri idi... Əslən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndindən olan Ənvər Çingiz oğlu Fərəcov 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. 1969–1977-ci illərdə, 8-ci sinifə qədər Cəbrayıl rayonu Xələfli kənd məktəbində, daha sonra isə - 1977–1980-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb. 1980–1982-ci illərdə Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb. 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səh

Hatsuyume nədir?

Resim
Hər bir xalqın özünə məxsus olan müxtəlif cür inancları var. Yaponların da özlərinə xas olan bir sıra inancları var ki, onlardan biri ilə TarPas kanalının hazırladığı bu videoda tanış ola bilərsiniz. Yapon mədəniyyətində yeni ildə, yəni yanvarın 1-dən 2-nə keçən gecə görülən ilk yuxu Hatsuyume adlanır. Yaponların inanclarına görə bu yuxu çox önəmlidir və insanın həmin il üçün ümumi taleyini müəyyənləşdirir. İlin ilk yuxusunda Fuci dağını, şahin quşunu və ya badımcan görmək, bundan da ən gözəli isə yuxuda bunların hər üçünü bir arada görmək yaxşı əlamət sayılır. Edo dövründən bəri mövcud olan bu xurafatın dəqiq mənşəyi bəlli olmasa da yaponlar inanırlar ki, belə yuxu onlara ilboyu şans gətirəcək. Niyə məhz Fuci dağı, şahin quşu və badımcan? Bu inanc Edo dövründən bəri mövcud olsa da mənşəyi ilə bağlı müxtəlif fərziyyələrə görə izahları da fərqlidir. Ehtimallardan biri belədir ki, Fuci dağı Yaponiyadakı ən yüksək dağdır, şahin ağıllı və güclü bir quşdur, badımcan isə ən bahalı tərəvəzd

Mərmər ət – Dünyanın ən bahalı və ən dadlı əti

Resim
Sumqayıt sakinləri və şəhərimizin qonaqları " MƏRMƏR ƏT " dükanlarını yəqin ki, görüblər. Həmin dükanları gördüyüm ilk günlərdən adı diqqətimi cəlb etdi. Niyə "mərmər ət"? Elə adlanması mənə maraqlı idi. Ona görə də bu suala özüm cavab tapmaq üçün araşdıranda, əsl mərmər ətin nə olduğunu öyrəndim. Bəlkə sizin üçün də maraqladır. Elə isə buyurun, bu mövzuda bilmədiyinizi öyrənin. Bildiyinizi isə şərhlərdə yazaraq, mənimlə və digər oxucularla da paylaşa bilərsiniz. Mərmər ət – Dünyanın ən bahalı və ən dadlı əti Dünyanın ən bahalı və ən dadlı əti Yaponiyada saxlanılan safqan “ Vaqyu ” cinsindən olan inəklərin əti hesab olunur. Həmin ət sanki mərmərə bənzəyir. Bu səbəbdən onu “ mərmər ət ” adlandırırlar. Bu heyvanların ətinin olduqca dadlı olmasının əsas səbəbi onlara xüsusi qulluğun göstərilməsi və saxlanma şəraiti ilə bağlıdır. Əsrlərdir ki, bu inəkləri Yaponiyada xüsusi qayda ilə bəsləyirlər. Vaqyu cinsindən olan inək. Mənbə:  commons.wikimedia.org Vaqyu saxlayan fer