Heyvanların öd daşları qiymətlidirmi?
“Facebook”dakı alqı-satqı qruplarının birində maraqlı bir alıcı gördüm. O, elan edib ki, iri buynuzlu heyvanların ödündən çıxan daşları (ing. Cow Gallstones) alır. Həmin statusun şərhlərində və internetdə araşdıranda da bu barədə maraqlı məlumatlar, iddialarla qarşılaşdım. Məsələn: *Guya bu daşlar alternativ tibbdə istifadə edilir. 50 qramı azı 3000 manat imiş; *Çində qramını 65$-a alırlarmış. Hətta donuzdan çıxan daşlar tibb sahəsində istifadə edilirmiş; *Bu daşlar kosmetoloji prosedurlarda istifadə olunurmuş; *Hepatiti müalicə etmək üçün və qaraciyərlə bağlı digər xəstəliklərin sağalmasında istifadə olunurmuş; *Bir Türkiyə şirkəti isə inəklərin öddaşlarının 1 kq-nı 15 min dollar qarşılığında Honkonqa satırmış; *və sairə bu kimi iddialar sosial şəbəkələrdə geniş yayılıb. Amma bu barədə heç bir rəsmi məlumat tapa bilmədim. Ehtimal ki, bu da son illərin fırıldaqçılıqlarından biridir. Bu öd daşları yalnız bəzi kolleksiyaçılar üçün maraqlı ola bilər.