Hatsuyume nədir?
Hər bir xalqın özünə məxsus olan müxtəlif cür inancları var. Yaponların da özlərinə xas olan bir sıra inancları var ki, onlardan biri ilə TarPas kanalının hazırladığı bu videoda tanış ola bilərsiniz. Yapon mədəniyyətində yeni ildə, yəni yanvarın 1-dən 2-nə keçən gecə görülən ilk yuxu Hatsuyume adlanır. Yaponların inanclarına görə bu yuxu çox önəmlidir və insanın həmin il üçün ümumi taleyini müəyyənləşdirir. İlin ilk yuxusunda Fuci dağını, şahin quşunu və ya badımcan görmək, bundan da ən gözəli isə yuxuda bunların hər üçünü bir arada görmək yaxşı əlamət sayılır. Edo dövründən bəri mövcud olan bu xurafatın dəqiq mənşəyi bəlli olmasa da yaponlar inanırlar ki, belə yuxu onlara ilboyu şans gətirəcək. Niyə məhz Fuci dağı, şahin quşu və badımcan? Bu inanc Edo dövründən bəri mövcud olsa da mənşəyi ilə bağlı müxtəlif fərziyyələrə görə izahları da fərqlidir. Ehtimallardan biri belədir ki, Fuci dağı Yaponiyadakı ən yüksək dağdır, şahin ağıllı və güclü bir quşdur, badımcan isə ən bahalı tərəvəzd...