“Qarabağ” nə qədər qazanıb və nə qədər qazana bilər?
UEFA turnirləri iştirakçı klubların büdcələrini zənginləşdirmələri üçün gözəl fürsətdir. Ölkəmizi belə turnirlərdə uğurla təmsil edən Ağdamın “Qarabağ” klubunun da belə fürsətdən yararlandığını söyləyə bilərik. “Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində oynadığı üçün 5 milyon, Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdiyi üçün isə 3 milyon 630 min avro qazanıb. Ümumilikdə bu məbləğ 8 milyon 630 min (14 milyon 615 min manat) avro təşkil edir. Qeyd edim ki, UEFA klublara çatmalı olan pul mükafatını iştirak və nəticələrə əsasən sabit ödənişlərə və teleyayım dəyərindən asılı olan dəyişkən məbləğlərə bölərək təqdim edir. UEFA-nın müəyyənləşdirdiyi məbləğlərə əsasən, Avropa Liqasının qrup mərhələsində hər qələbə üçün 630 min avro mükafat nəzərdə tutulub. Oyunlar bərabərliklə bitsə, hər komanda 210 min avro əldə edəcək. UEFA-nın açıqlamasına görə qrup qalibləri büdcəsini əlavə olaraq 1 milyon 100 min avro zənginləşdirə biləcəklər. Qrup ikinciləri 550 min avro, ...