Kayıtlar

2024 tarihine ait yayınlar gösteriliyor

Qaralmış bananı yemək olarmı?

Resim
Bundan əvvəlki məqaləm bananın qaralma səbəbləri və qaralmanın qarşısını necə almaq haqqında idi. Bəs qaralmış bananı yemək olarmı? Bəli, qaralmış bananı yemək olar və o, adətən təhlükəsizdir. Çünki qaralma prosesi, bananın yetişməsi zamanı onun tərkibində şəkərin artması və qabığındakı fermentlərin fəaliyyətinin nəticəsidir. Bu səbəbdən, qaralmış banan daha şirin və yumşaq olur, lakin zəhərli və ya zərərli deyil. Bir sıra mütəxəssislər də qədərincə yeyildikdə qaralmış bananın orqanizmə daha yaxşı təsir etdiyini bildirir. Qaralmış bananı smuzi, kokteyl, şirniyyat, desert və ya çörək bişirmədə istifadə edə bilərsiniz, çünki yumşaq və şirin olması bu cür yeməklər üçün idealdır. Ancaq qaralma ilə yanaşı bananda çürümə əlamətləri, kif, pis qoxu və ya yapışqan bir toxuma varsa, bu, onun xarab olduğuna işarə edə bilər. Belə halda isə bananı yemək məsləhət görülmür. İnsan belə meyvələrdən zəhərlənə bilər.

Banan niyə qaralır? Qaralmanın qarşısını necə almaq olar?

Resim
Bananın qaralması bir neçə biokimyəvi proseslə bağlıdır. Bu proseslər nəticəsində bananın qabığında qara ləkələr və ya tam qaralma müşahidə edilir. Banan yetişdikcə yumşalıb şirinləşməsi onun dadını artırır, lakin bu, meyvənin tez köhnəlməsi və ya üzərindəki qara ləkələrin çoxalması ilə nəticələnir. Bananın qaralmasının əsas səbəbkarlarından biri etilen hormonudur. Qısaca bildirim ki, bananlar yetişdikcə etilen adlı hormon istehsal edir. Bu zaman etilen qazı ifraz edilir. Qeyd edim ki, etilen qazı bitkilərin yetişməsini tənzimləyən təbii bir hormon kimi fəaliyyət göstərir. Banan yetişəndə hüceyrə divarları zəifləyir və meyvə yumşalmağa başlayır. Bu yumşalma prosesi ilə birlikdə meyvənin şəkər tərkibi artır və banan daha şirin olur. Beləliklə etilen, bananda şəkər səviyyəsini artıraraq onu daha da şirinləşdirir; lakin yüksək şəkər miqdarı bananın qabığının rəngini dəyişərək tez bir zamanda qaralmasına səbəb olur. Qaralmanın digər səbəbkarı polifenol oksidaz (PPO) fermentidir. Belə ki, b...

Kasıbla kusubun fərqi

"Kasıb" və "kusub" sözləri Azərbaycan dilində sinonimlərdir və hər ikisi maddi imkansızlığı ifadə edir, yəni yoxsul və ya az təminatlı insan anlamında işlənir. Lakin "kasıb" daha ümumi və ədəbi bir sözdür, gündəlik danışıqda da geniş istifadə olunur. "Kusub" isə daha çox dialektik bir ifadədir və bəzi bölgələrdə işlənir. Mahiyyətcə bu, hər iki söz yoxsulluğu ifadə edir, lakin işlənmə dairələri və üslub fərqləri mövcuddur.

Qanqal bitkisi. Faydaları və zərərləri

Resim
Qanqal (Cirsium), əsasən çəmənliklərdə, dağətəyi və dağlıq ərazilərdə rast gəlinən çoxillik bir bitkidir. Bəzi növlərinə ən çox yaylaq ərazilərində, quru otlaq sahələrində və meşəliklərdə rast gəlinir. Tikanlı yarpaqları, möhkəm gövdəsi və çiçəkləri ilə tanınır. Çiçəkləri bənövşəyi, çəhrayı və ya ağ rəngdə ola bilər. Çoxlu növləri var; elmə 383 növü məlumdur. Bu növlərdən bəziləri həm dekorativ məqsədlərlə yetişdirilir, həm də müalicəvi xüsusiyyətləri ilə tanınır; bəziləri isə aqrar sahələrdə alaq otu kimi qəbul edilir. Qanqal dünya əczaçılıq sənayesində müxtəlif dərman preparatlarının tərkibinə daxil edilib. Xalq təbabətində də qanqal çox geniş istifadə olunur. Hər bir növün ekoloji xüsusiyyətləri və yayılma əraziləri müxtəlifdir. Qanqal növləri əsasən Şimali Amerika, Avropa və Asiyada yayılmışdır. Qanqal Azərbaycanda da, demək olar ki, bir çox bölgələrimizdə, çöllərdə, yol kənarlarında, günəşli sahələrdə, tarlalarda, biçənək və otlaqlarda rast gəlinir. Tikanlı olma səbəbindən əksər ...

Güclü selin dağıtdığı körpü hələ də bərpa olunmayıb

Resim
Bu yay Quba rayonunda intensiv yağışlar nəticəsində baş vermiş güclü sel daşqınları səbəbindən iyulun 29-da Quba-Xınalıq yolunun 42-ci kilometrində uçan körpü hələ də bərpa olunmayıb. Dağ kəndlərinin əhalisi bu körpünün yenidən qurulmasını səbirsizliklə gözləyir. Ərazidə yaşayan Şahdağ xalqlarının özləri orada piyada keçidi üçün müvəqqəti taxta pilləkənlər düzəldiblər. Bu körpü Qubanı Cek, Əlik, Haput, Qalayxudat, Xınalıq kəndləri və Bostankeş yaşayış məntəqəsi ilə birləşdirir. Uçan körpünün o tayında qalan sakinlər və bu istiqamətə gələn sakinlər, eləcə də turistlər və qonaqlar yaranmış vəziyyətdən çox əziyyət çəkirlər. Nəqliyyat vasitələrinə təklif olunan alternativ Quba-Susay-Xınalıq yolu ilə hərəkət isə sürücülərə çox uzaq olduğundan, həmin yolla gediş-gəlişə üstünlük verilmir. Əlik, Haput, Cek kəndinin sakinləri yolu qısaltmaq üçün Əlik kəndinin girişindən UAZ, "Niva" və digər nəqliyyat vasitələri ilə çaydan keçirlər. Çayda su artanda isə bu, mümkünsüz olur. Görək körpün...

Yeni İslam dövləti – Dünyanın Vatikandan da kiçik dövləti qurulur

Resim
Dünyanın Vatikandan da kiçik dövləti qurulur. Bu İslam dövləti olacaq. Belə bir ölkənin yaradılması Avropada – Balkan yarımadasının cənub-qərbində yerləşən Albaniyada nəzərdə tutulub. Belə ki, Albaniya özünün "Vatikan şəhəri"ni yaratmağı planlaşdırır. Lakin bu şəhər İslami şəhər olacaq. Hər şey planlaşdırıldığı kimi getsə, Paytaxt Tiranada yaradılacaq yeni mikro dövlət " Bəktaşi Təriqətinin Suveren Dövləti " adlanacaq. Nəticədə isə bu dövlət, Vatikan şəhərinin yalnız 1/4-i böyüklüyündə, dünyanın ən kiçik dövləti olacaq. Bu 10 hektarlıq torpaq sahəsinin öz idarəetməsi, pasportları və sərhədləri olacaq. Son siyahıyaalmaya görə 2,4 milyon nəfər əhalisi olan Albaniyada 1,1 milyon nəfər müsəlman var. Onların da 115.644 nəfəri Bəktaşi təriqətinə mənsubdurlar. Dərviş "Baba Mondi" təriqətin hazırki ruhani lideridir. İslam dinində mövcud təriqətlərdən biri olan sufi inanclı Bəktaşilik müəyyən qədər şiəliyə yaxındır. XIII əsrdə Türkiyədə qurulub, Osmanlı Türki...

Kamala Harris kimdir?

Resim
Kamala Harris kimdir? Bu gün sizə amerikalı siyasətçi, hüquqşünas və ABŞ-nin hazırkı vitse-prezidenti olan Kamala Harris haqqında danışacağam. ABŞ Prezidenti Co Bayden partiyasının həftələrdir davam edən təzyiqlərindən sonra seçki yarışından geri çəkilərək, vitse-prezident Kamala Harrisi dəstəklədiyini və bunun indiyədək verdiyi ən düzgün qərar olduğunu bəyan edib. Bəs Kamala Harris kimdir və onun siyasi karyerası haqqında nələri bilməliyik? Kamala Devi Harris 20 oktyabr 1964-cü ildə Kaliforniya ştatının Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Şyamala Qopalan Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası Donald Harris isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. Onun yeddi yaşı olanda valideynləri boşanıblar. Kamala ali təhsilini Houvard Universitetində və Kaliforniya Universitetinin Hastings Hüquq Kollecində tamamlayıb. Kamala Harris hüquq sahəsində karyerasına Kaliforniya ştatının Alameda dairəsində başlayıb. Daha ...

Bəşəriyyət tarixində ən böyük vulkan püskürməsi – Yaponiyanın Kikai vulkanı

Resim
Bəşəriyyət tarixində ən böyük vulkan püskürməsi – Yaponiyanın Kikai vulkanı Yaponiyanın Kobe Universitetinin yapon vulkanoloq alimləri bəşəriyyət tarixində ən böyük vulkan püskürməsinin izlərini aşkar ediblər. Həmin hadisə 7300 il əvvəl Yaponiyanın Küsü adası yaxınlığında baş verib. Püskürmənin mənbəyi Kikai sualtı vulkanı olub. Aparılan araşdırmalarda bu supervulkanın 7300 il əvvəl Yaponiyanın cənubunda mövcud olmuş Jomon sivilizasiyasını məhv etdiyi məlum olub. Qədim Jomon sivilizasiyası ilk yapon icması kimi tanınan qrup olaraq, balıqçılıq və ovçuluqla məşğul idi. Kikai vulkanı son 140 min il ərzində ən azı 3 güclü kataklizm meydana gətirib. Yeni araşdırmada tədqiqatçılar onlardan ən sonuncusunun gücünü qiymətləndirib, vulkan ərazisindəki dərinliyin ətraflı xəritəsini yaratmaq üçün seysmik məlumatlar toplayıblar. Xəritədə geniş sualtı çöküntülər aşkar edilib. Komanda uzaqdan idarə olunan sualtı robotlardan istifadə edərək, bir neçə yerdən çöküntü nüvələrini nümunə götürüb. Seysmik m...