Kayıtlar

Enver Chingizoglu etiketine sahip yayınlar gösteriliyor

Ənvər Çingizoğlu vəfat edib

Resim
Vətənimiz üçün ən dəyərli, ən məhsuldar insanlardan biri - yazıçı, publisist, geneoloq, "Qızıl qələm" mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlu vəfat edib. Onunla vikipediyada fəaliyyət göstərdiyim ilk vaxtlardan tanış idim. Feysbukda da ən yaxşı dostlarımdan biri idi... Əslən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndindən olan Ənvər Çingiz oğlu Fərəcov 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. 1969–1977-ci illərdə, 8-ci sinifə qədər Cəbrayıl rayonu Xələfli kənd məktəbində, daha sonra isə - 1977–1980-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb. 1980–1982-ci illərdə Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb. 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səh...