Kayıtlar

Qurban Qurbanov etiketine sahip yayınlar gösteriliyor

Şah heç də həmişə şah deyil!

Gecə oyun bitəndən sonra çalışdım ki, dərhal yatım. Çünki bilirdim ki, səhər işə mənim yerimə Şahruddin getməyəcək. Sadəcə bir status yazdım: "Təşəkkürlər "Qarabağ"! Yola davam!" Bəli, "Qarabağ" təşəkkürü haqq edir. Cənab Qurban Qurbanov təşəkkürü haqq edir! Düz ardıcıl 9 ildir ki, onsuz da qruplardadırlar. Bu mövsüm ÇL-də olmasa da AL-də yola davam edəcək. İnanıram ki, "Qarabağ" zəfər yaddaşımızı daha da möhkəmləndirəcək. Amma ÇL qrupu təbii ki, daha yaxşı olardı. Böyük pullar, geniş vitrin... Gəl indi qazanma... Amma maddi baxımdan kimin daha çox qazanmaq şansı vardı? "Azərsun"un. Ancaq "Azərsun" nə edir? "Kaz gelecek yerden tavuk esirgenmez" məsəlinə əməl etmir. Bu gün "Qarabağ"a qələbə yaddaşı olan transferlər lazımdır.  Əslində elə-belə heyətlə də ÇL-də qrupda ola bilərdi. Bəs niyə olmadı, kimdir günahkar? Aha, bu sualın da cavabı sadədir. Başda "Neftçi" olmaqla, qitə turnirlərində iştirak e...