Kayıtlar

2021 tarihine ait yayınlar gösteriliyor

Hatsuyume nədir?

Resim
Hər bir xalqın özünə məxsus olan müxtəlif cür inancları var. Yaponların da özlərinə xas olan bir sıra inancları var ki, onlardan biri ilə TarPas kanalının hazırladığı bu videoda tanış ola bilərsiniz. Yapon mədəniyyətində yeni ildə, yəni yanvarın 1-dən 2-nə keçən gecə görülən ilk yuxu Hatsuyume adlanır. Yaponların inanclarına görə bu yuxu çox önəmlidir və insanın həmin il üçün ümumi taleyini müəyyənləşdirir. İlin ilk yuxusunda Fuci dağını, şahin quşunu və ya badımcan görmək, bundan da ən gözəli isə yuxuda bunların hər üçünü bir arada görmək yaxşı əlamət sayılır. Edo dövründən bəri mövcud olan bu xurafatın dəqiq mənşəyi bəlli olmasa da yaponlar inanırlar ki, belə yuxu onlara ilboyu şans gətirəcək. Niyə məhz Fuci dağı, şahin quşu və badımcan? Bu inanc Edo dövründən bəri mövcud olsa da mənşəyi ilə bağlı müxtəlif fərziyyələrə görə izahları da fərqlidir. Ehtimallardan biri belədir ki, Fuci dağı Yaponiyadakı ən yüksək dağdır, şahin ağıllı və güclü bir quşdur, badımcan isə ən bahalı tərəvəzd

Mərmər ət – Dünyanın ən bahalı və ən dadlı əti

Resim
Sumqayıt sakinləri və şəhərimizin qonaqları " MƏRMƏR ƏT " dükanlarını yəqin ki, görüblər. Həmin dükanları gördüyüm ilk günlərdən adı diqqətimi cəlb etdi. Niyə "mərmər ət"? Elə adlanması mənə maraqlı idi. Ona görə də bu suala özüm cavab tapmaq üçün araşdıranda, əsl mərmər ətin nə olduğunu öyrəndim. Bəlkə sizin üçün də maraqladır. Elə isə buyurun, bu mövzuda bilmədiyinizi öyrənin. Bildiyinizi isə şərhlərdə yazaraq, mənimlə və digər oxucularla da paylaşa bilərsiniz. Mərmər ət – Dünyanın ən bahalı və ən dadlı əti Dünyanın ən bahalı və ən dadlı əti Yaponiyada saxlanılan safqan “ Vaqyu ” cinsindən olan inəklərin əti hesab olunur. Həmin ət sanki mərmərə bənzəyir. Bu səbəbdən onu “ mərmər ət ” adlandırırlar. Bu heyvanların ətinin olduqca dadlı olmasının əsas səbəbi onlara xüsusi qulluğun göstərilməsi və saxlanma şəraiti ilə bağlıdır. Əsrlərdir ki, bu inəkləri Yaponiyada xüsusi qayda ilə bəsləyirlər. Vaqyu cinsindən olan inək. Mənbə:  commons.wikimedia.org Vaqyu saxlayan fer

Qubada futbolun tarixinə dair araşdırma

Resim
Araşdırmalarımın bir hissəsi də idmanla – xüsusilə də futbolla bağlıdır. Belə araşdırmalarımdan biri Qubada futbolun tarixçəsi barədə olub. Həmin araşdırmam bəzi media orqanlarında dərc olunub: "Qubalı futbolçular erməniləri məyus etdi" adı ilə "168 saat" qəzeti ni 29.08.2019-cu il tarixli 22-ci (698-ci) nömrəsinin 13-cü səhifəsində; "Qubada futbol - ARAŞDIRMA" adı ilə  15.09.2019-cu ildə  sportnet.az saytında. Qubada futbol Qubada futbolun tarixi 1920-ci illərdən başlayır. Bəlkə də daha əvvələ aiddir, amma bizə məlum olan tarix budur. Sovet dövründə Qubanı futbol rayonu saymaq mümkün idi. Çünki istər böyük, istərsə də uşaq futbolu bu rayonda heç də zəif olmayıb. Xüsusilə də uşaq komandaları daha yaxşı nəticələr qazanıb. Quba komandası hələ 1928-ci ildə 8 komandanın iştirakı ilə keçirilən ilk Azərbaycan SSR çempionatında iştirak edib; qubalılar Xankəndi, Gəncə, Balakən, Şəki, Qax və Bakının iki komandası ilə birlikdə çempionluq uğurunda mübarizə aparıb

Maraqlı yerlər – Kanyo Kristales

Resim
Bloqumun oxucularının əksəriyyəti yəqin ki, yutub kanalımın olduğunu bilirlər. Yəqin ki, kanalımı da izləyiblər. Kanalıma yüklədiyim videoların bir hissəsi dünyanın müxtəlif, maraqlı, görməli, gəzməli yerləri haqqındadır. Qərara aldım ki, bloqumda da vaxtaşırı müvafiq mövzuda yazılar yazım. Beləliklə, bu mövzuda ilk yazım Kolumbiyadakı çaylardan biri olan Kanyo Kristales haqqındadır. Buyurun, oxuyun. Rənglər çayı Kanyo Kristales      Kolumbiyanın Meta departamentindəki çaylardan biri olan Kanyo Kristales çayı öz başlanğıcını Makarena dağ massivindən götürür. Bu çay Losada çayının sağ qoludur. Kanyo Kristales. Mənbə:  commons.wikimedia.org      Rəngarəngliyi ilə digər çaylardan seçilən Kanyo Kristalesin çalarları əsasən 5 rəngdə olur. Bunlar - qırmızı, mavi, yaşıl, sarı və qaradır. Bu səbəbdən də onu adətən “Beşrəngli çay” , “Maye göy qurşağı” və “Dünyanın ən gözəl çayı” adlandırırlar. Çaydakı qırmızı rəng bəzən bənövşəyi və ya çəhrayı rəng kimi də görünür. Yerli sakinlərin “Rənglər ç

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?

Resim
Dünən – 30 noyabr 2021-ci il saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramış; qəza nəticəsində 14 zabitimiz şəhid olmuş, 2 zabit isə yaralanmışdır. Həlak olan və yaralanan hərbçilərimizin adları mediada yayılarkən, onlardan birinin rütbəsi göstərilməmiş, "İşçi Nəbiyev" kimi qeyd edilmişdir. Bəs kimdir "İşçi Nəbiyev"? Gizli qəhrəman Həmin şəhidimiz təqaüddə olan polkovnik Nəbiyev Elçin Fikrət oğlu dur. O, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olmuş rəhmətlik general-leytenantımız Rail Rzayevin vaxtında Azərbaycanın baş şturmanı, "naviqasiyanın atası", HHMQ və HHQ Baş Qərargah rəisi olub. Elçin Nəbiyev ilk və yeganə azərbaycanlıdır ki, SSRİ dövründə Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq, Azərbaycan Ordusuna dö

Bu gün Krujeva Toyumuzdur

Resim
29 noyabr  doğum günümdür; 39 yaşım tamam olur. Eyni zamanda həm də ailə qurduğum gündür. Düz 13 il bundan əvvəl – 29 noyabr 2008-ci ildə 26 yaşım tamam olan gün Aygün xanım ilə toyumuz oldu... Yəqin ki, əksəriyyətinizə məlumdur ki, toy  –  evlilik ildönümlərinin maraqlı adları var. Ona görə də baxdım ki, görək bu gün üçün toyumuzun ildönümü necə adlanır? Bunun üçün baxdığım ilk mənbə elə özümün 2018-ci ilin bu günündə – Qızılgül Toyumuzda hazırladığım "Toy ildönümləri" adlı video oldu. Yeri gəlmişkən, toyumuz da Sumqayıtda – "Qızılgül" şadlıq evi ndə olmuşdu... Öz hazırladığım videoda gördüm ki, 13-cü ildönümü Krujeva Toyu adlanır. Videonu özüm hazırlasam da, doğrusu heç bu sözün mənasını bilmirəm. Bunun üçün ənənəvi müraciət etdiyim "azleks"ə baxdım . Həmin saytda yerləşdirilmiş məlumata görə "Azərbaycan dilinin izahlı lüğəti" ndə "krujeva" sözünün mənası belə yazılıb: "Paltarı və ya ev müxəlləfatını bəzəmək üçün şəbəkəli tor t

İki əhvalat

Resim
Yazıçı deyiləm. Amma ara-sıra nəsə yazıram. 2019-cu ildə qələmə aldığım bu iki əhvalatı həmin vaxt Gənc Yazıçılar Klubunun keçirdiyi "Mini hekayə yarışması" üçün yazmışdım. Yarışmada iştirak etdiyim üçün məni təltif də etmişdilər... İki əhvalat Real həyatda qarşılaşdığım hadisələrin təsvirindən ibarət olan bu əhvalatları xüsusi olaraq fəhlə dostlarım üçün yazıram. Birinci əhvalat Bir gün təsadüfən mənimlə yaşıd olan səliqəli geyimli, yüksək ünsiyyət mədəniyyətinə malik gumrah vəziyyətli bir nəfərlə tanış oldum. Söhbət əsnasında təhsilli olmadığını, hərbi xidmətdən sonra yalnız fəhlə işlədiyini öyrəndim. Ancaq aylıq əməkhaqqısı mənim dövlət qulluğu maaşımdan azı 10 dəfə çox idi... Niyə bu qədər yüksək əməkhaqqı almasının səbəbini soruşdum. Axı indiyə qədər tanıdığım heç bir fəhlə bu qədər yüksək əməkhaqqı almırdı... Cavabı çox nümunəvi idi. Deməli bu yeni tanış olduğum fəhlə həmyaşıdım hərbi xidmətdən sonra tapdığı ilk iş yerinə heç də əl-qolunu sallayaraq getməyib. Tam bir ne

Heydər Əliyevə "HƏ" de AFFA!

Resim
Heydər Əliyev! Bu ad-soyad ölkəmizin tarixinə əbədi yazılıb. Amma bu yazım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında deyil, dostum Heydər Əliyev haqqındadır. Qatı futbol azarkeşi olan Heydər dostumla dostluğum pandemiya təzə başlayan vaxtlardan başlayıb. Belə ki, çöldə həyatın durduğu vaxtlarda Heydər qardaşımız biz futbol azarkeşləri üçün özünün feysbuk profilində   “Yaşıl meydan” adlı sual-cavab turniri təşkil etmişdi. Kifayət qədər gərgin, dramatik, maraqlı yarışma olmuşdu... Virtual dünyada demək olar ki, hər gün bir-birimizi görürük, ünsiyyətimiz olur. Amma real dünyada cəmi bir dəfə onunla görüşmüşəm. Bu yazıya əlavə etdiyim şəkli də həmin görüşümüz zamanı Heydər çəkmişdi. UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sumqayıt” – “Çukariçki” cütlüyünün Sumqayıtda keçirilən cavab oyunu zamanı matçı onunla birlikdə seyr etdim. Mən də futbol azarkeşiyəm. Amma o oyunda gördüm ki, mən heç kiməm... Heydər azarkeşlikdə başqa aləmdir! Təəssüf ki, həmin gün “Sumqa

24 noyabr – Türkiyədə Müəllimlər Günü

Resim
Dünyanın müxtəlif yerində fərqli tarixlərdə qeyd olunan  Müəllimlər Günü   Türkiyədə hər il 24 noyabr tarixində qeyd edilir. Atatürk 20 sentyabr 1928-ci ildə Kayseridə xalqa yeni türk hərflərini öyrədərkən. Mənbə:  commons.wikimedia.org Türkiyə Cümhuriyyətinin qurucusu olan  Mustafa Kamal Atatürkün "Baş müəllim" adını aldığı 24 noyabr tarixi 1981-ci ildə – Atatürk İlində Prezident Kənan Evren tərəfindən Müəllimlər Günü elan edilmişdir. Atatürkün "Baş müəllim" adını almasının maraqlı tarixçəsi var. Belə ki, 1923-cü ildə qurulmuş Türkiyə Cümhuriyyətində təhsildə ciddi islahatlara ehtiyac var idi. Məqsəd oxuma-yazmağı asanlaşdırmaq, müasir təhsil sistemini tətbiq etmək idi. Buna görə də Türkiyədə yeni əlifbaya keçid üçün fəaliyyətə başlanıldı. Nəticə olaraq, ilkin mərhələdə ali məktəblərdə keçirilən fizika, kimya, riyaziyyat dərslərində və poçt parkalarında latın əlifbasının işarələrindən istifadə edildi. 9 avqust 1928-ci il Türkiyə üçün latın hərfli əlifba inqilabın

Buduqlu General vəfat etdi

Resim
Əslən Quba rayonunun Buduq kəndindən olan, tanınmış buduqlu hüquqşünas, ədliyyə general-mayoru Zavər Murad oğlu Qafarov  68 yaşında dünyasını dəyişib. O, ürək tutmasından vəfat edib. Zavər Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışmış, 2015-ci ilin mart ayınadək - təqaüdə göndərilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əmək daşlıq idarəsinin rəisi vəzifəsində işləmişdir. Daha sonra o, Ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin  20 noyabr 2006-cı il tarixli, 1784 nömrəli   Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə gör ə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin  18 noyabr 2009-cu il tarixli, 599 nömrəli   Sərəncamı ilə ona III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir. Hüquq elmləri üzrə fəlsəfə doktoru idi. Zavər Qafarov Xaçmazın Qobuqıraq kəndində dəfn ediləcək. Allah rəhmət eləsin!

Azərbaycanın ilk kriptovalyuta şirkəti — "Crypto Consulting" MMC

Resim
Kriptovalyuta dünyası son illərdə xeyli inkişaf edib. Pandemiya zamanı isə bu sahəyə maraq daha da artdı. Xüsusilə də internetin əlçatanlığı təmin olunduqca, insanlar kriptovalyuta  dünyası ilə daha yaxından tanış olmağa başladılar. Artıq bu bazarda böyük pullar və böyük oyunçular var. Riskləri də kifayət qədər təcrübə və bilik tələb edir. Azərbaycanda da bu sahəyə çox böyük maraq var. " Kriptovalyuta nədir?" sualının cavabı ilə artıq çox adam maraqlanır.  Şəxsən tanıdığım və ya yeni tanış olduğum əksər insanlarla bu haqda dəfələrlə söhbətlərim, fikir mübadiləmiz olub. Bu maraq məni ölkəmizdə bu sahədəki vəziyyəti araşdırmağa sövq etdi. İlk növbədə təbii ki, bunun rəsmi tərəfi ilə maraqlanmağa başladım. Çox aktual və gələcəyi olan bu sahə ilə bağlı ölkəmizdə ciddi boşluqlar var idi. Amma bu ildən vəziyyət dəyişməyə başlayıb. Artıq ölkəmizdə ilk kriptovalyuta şirkəti — "Crypto Consulting" MMC təsis olunub və fəaliyyət göstərir. Oxuduğunuz bu məqaləni də bilavasitə hə

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Resim
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan  "Dövlət və din" ictimai fikir toplusunun 2021-ci ildə nəşr olunan 3-cü (ümumilikdə 70-ci) nömrəsinin 113-119-cu səhifələrində dərc edilmiş məqaləmi diqqətinizə çatdırıram. Mənbə: Müəllifi olduğum ik iki fotonu özüm commons.wikimedia.org saytına yükləmişəm. Qrız məscidinin fotosunu isə AZƏRTAC-dan götürmüşəm.  QUBANIN ƏN QƏDİM MƏSCİDLƏRİ - ƏBU MÜSLİM MƏSCİDLƏRİNİN TARİXİNƏ DAİR MÜLAHİZƏLƏR Tərxan PAŞAZADƏ, tədqiqatçı, cekli829@gmail.com AÇAR SÖZLƏR: Əbu Müslim məscidi, Xınalıq, Qrız, Cek, İslam. КЛЮЧЕВЫЕ СЛОВА: Мечеть Абу Муслим, Хыналыг, Гриз, Джек, Ислам. KEY WORDS: Abu Muslim Mosque, Khinalig, Gryz, Jek, Islam. Giriş Azərbaycan Respublikasının Quba rayonu füsunkar təbiətə, etnik-dini baxımdan rəngarəngliyə malik olmaqla yanaşı, tarixi abidələri ilə də zəngindir. Belə tarixi abidələr sırasında dini məkanların özünəməxsus yeri vardır. Tarix boyu müxtəlif dinlərin təəssübkeşləri Quba torpağında