Bizə Əfqanıstanizm lazım deyil!
Çox vaxt daxildə bir problem yaranan kimi müəyyən resurslar vasitəsilə bunu xariclə əlaqələndirirlər. Qazinin özünü yandırması kimi faciəvi hadisəni də belə ələqələndirənlər oldu. Və yaxud da mövcud lokal problemdən diqqəti yayındırmaq üçün gündəmin dəyişdirilməsi və ya buna cəhdlər edilməsi də demək olar ki, bu qəbildəndir. Belə işlək konsepsiyalar uzun illərdir ki, dünyanın müxtəlif ölkələrində tətbiq olunur. Əslində bu kimi konsepsiyalar öz mahiyyəti baxımından uğurludur, zərər çəkə biləcək son hədəfi qoruya bilir. ABŞ-da bu konsepsiyanın konkret adı da var: Əfqanıstanizm . Əfqanıstanizm – yerli məsələləri iqnor etməklə dünyanın digər və uzaq hissələrində olan problemlərə diqqəti yönəltmək mənasınadır. Başqa cür izah etsəm, əfqanıstanizm medianın sosial yönümlü çətin lokal xəbərlərdən yayınaraq, uzaq yerlərdə, ölkə xaricində, elə məsələn, Əfqanıstanda baş vermiş hadisələr barəsində fikir yazmasıdır, populyar şəxslər tərəfindən bunun ictimailəşdirilməsidir. İnternetdə bu haqda