Kayıtlar

Temmuz, 2024 tarihine ait yayınlar gösteriliyor

Kamala Harris kimdir?

Resim
Kamala Harris kimdir? Bu gün sizə amerikalı siyasətçi, hüquqşünas və ABŞ-nin hazırkı vitse-prezidenti olan Kamala Harris haqqında danışacağam. ABŞ Prezidenti Co Bayden partiyasının həftələrdir davam edən təzyiqlərindən sonra seçki yarışından geri çəkilərək, vitse-prezident Kamala Harrisi dəstəklədiyini və bunun indiyədək verdiyi ən düzgün qərar olduğunu bəyan edib. Bəs Kamala Harris kimdir və onun siyasi karyerası haqqında nələri bilməliyik? Kamala Devi Harris 20 oktyabr 1964-cü ildə Kaliforniya ştatının Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Şyamala Qopalan Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası Donald Harris isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. Onun yeddi yaşı olanda valideynləri boşanıblar. Kamala ali təhsilini Houvard Universitetində və Kaliforniya Universitetinin Hastings Hüquq Kollecində tamamlayıb. Kamala Harris hüquq sahəsində karyerasına Kaliforniya ştatının Alameda dairəsində başlayıb. Daha