Kayıtlar

Kasım, 2024 tarihine ait yayınlar gösteriliyor

Qaralmış bananı yemək olarmı?

Resim
Bundan əvvəlki məqaləm bananın qaralma səbəbləri və qaralmanın qarşısını necə almaq haqqında idi. Bəs qaralmış bananı yemək olarmı? Bəli, qaralmış bananı yemək olar və o, adətən təhlükəsizdir. Çünki qaralma prosesi, bananın yetişməsi zamanı onun tərkibində şəkərin artması və qabığındakı fermentlərin fəaliyyətinin nəticəsidir. Bu səbəbdən, qaralmış banan daha şirin və yumşaq olur, lakin zəhərli və ya zərərli deyil. Bir sıra mütəxəssislər də qədərincə yeyildikdə qaralmış bananın orqanizmə daha yaxşı təsir etdiyini bildirir. Qaralmış bananı smuzi, kokteyl, şirniyyat, desert və ya çörək bişirmədə istifadə edə bilərsiniz, çünki yumşaq və şirin olması bu cür yeməklər üçün idealdır. Ancaq qaralma ilə yanaşı bananda çürümə əlamətləri, kif, pis qoxu və ya yapışqan bir toxuma varsa, bu, onun xarab olduğuna işarə edə bilər. Belə halda isə bananı yemək məsləhət görülmür. İnsan belə meyvələrdən zəhərlənə bilər.

Banan niyə qaralır? Qaralmanın qarşısını necə almaq olar?

Resim
Bananın qaralması bir neçə biokimyəvi proseslə bağlıdır. Bu proseslər nəticəsində bananın qabığında qara ləkələr və ya tam qaralma müşahidə edilir. Banan yetişdikcə yumşalıb şirinləşməsi onun dadını artırır, lakin bu, meyvənin tez köhnəlməsi və ya üzərindəki qara ləkələrin çoxalması ilə nəticələnir. Bananın qaralmasının əsas səbəbkarlarından biri etilen hormonudur. Qısaca bildirim ki, bananlar yetişdikcə etilen adlı hormon istehsal edir. Bu zaman etilen qazı ifraz edilir. Qeyd edim ki, etilen qazı bitkilərin yetişməsini tənzimləyən təbii bir hormon kimi fəaliyyət göstərir. Banan yetişəndə hüceyrə divarları zəifləyir və meyvə yumşalmağa başlayır. Bu yumşalma prosesi ilə birlikdə meyvənin şəkər tərkibi artır və banan daha şirin olur. Beləliklə etilen, bananda şəkər səviyyəsini artıraraq onu daha da şirinləşdirir; lakin yüksək şəkər miqdarı bananın qabığının rəngini dəyişərək tez bir zamanda qaralmasına səbəb olur. Qaralmanın digər səbəbkarı polifenol oksidaz (PPO) fermentidir. Belə ki, b...