Kayıtlar

araşan etiketine sahip yayınlar gösteriliyor

Araşan qoyunu

Resim
Dünyanın Ən Bahalı və Nəhəng Qoyunu: Araşan Cinsi Niyə Bu qədər Populyardır? Qırğızıstanda yetişdirilən Araşan qoyunu canlı çəki baxımından dünyanın ən iri və ağır ət-pi̇y cinslərindən biri olan nadir və bahalı qoyun növüdür. Mənşəyi Qırğızıstanın Çuy vilayətinin Araşan kəndinin adı ilə bağlıdır. Onun yaradılması üzərində işlərə 1970-ci illərdən başlanılıb. Cütləşdirmə üçün 1977-ci ildə Tacikistandan gətirilmiş Hissar qoçlarından və yerli qaba yunlu qoyunlardan istifadə olunub. Təkmilləşdirmə prosesi nəticəsində əldə edilən və arzu olunan cins standartlarına cavab verən ikinci nəsil heyvanlar daha sonra öz aralarında çoxaldılmışdır. Hissar cinsinin yerli qoyunlarla ənənəvi seleksiya yolu ilə çarpazlaşdırılaraq yaradılmış Araşan cinsi 15 aprel 2021-ci ildə Qırğızıstanda dövlət tərəfindən rəsmi olaraq qeydiyyata alınıb. 30 avqust 2023-cü ildə isə Qırğız Respublikasının Qoyunçular İctimai Birliyinə "seleksiya nailiyyəti" üzrə 66 nömrəli patent verilib. Hazırda Mərkəzi Asiya b...