Kayıtlar

Eylül, 2024 tarihine ait yayınlar gösteriliyor

Qanqal bitkisi. Faydaları və zərərləri

Resim
Qanqal (Cirsium), əsasən çəmənliklərdə, dağətəyi və dağlıq ərazilərdə rast gəlinən çoxillik bir bitkidir. Bəzi növlərinə ən çox yaylaq ərazilərində, quru otlaq sahələrində və meşəliklərdə rast gəlinir. Tikanlı yarpaqları, möhkəm gövdəsi və çiçəkləri ilə tanınır. Çiçəkləri bənövşəyi, çəhrayı və ya ağ rəngdə ola bilər. Çoxlu növləri var; elmə 383 növü məlumdur. Bu növlərdən bəziləri həm dekorativ məqsədlərlə yetişdirilir, həm də müalicəvi xüsusiyyətləri ilə tanınır; bəziləri isə aqrar sahələrdə alaq otu kimi qəbul edilir. Qanqal dünya əczaçılıq sənayesində müxtəlif dərman preparatlarının tərkibinə daxil edilib. Xalq təbabətində də qanqal çox geniş istifadə olunur. Hər bir növün ekoloji xüsusiyyətləri və yayılma əraziləri müxtəlifdir. Qanqal növləri əsasən Şimali Amerika, Avropa və Asiyada yayılmışdır. Qanqal Azərbaycanda da, demək olar ki, bir çox bölgələrimizdə, çöllərdə, yol kənarlarında, günəşli sahələrdə, tarlalarda, biçənək və otlaqlarda rast gəlinir. Tikanlı olma səbəbindən əksər

Güclü selin dağıtdığı körpü hələ də bərpa olunmayıb

Resim
Bu yay Quba rayonunda intensiv yağışlar nəticəsində baş vermiş güclü sel daşqınları səbəbindən iyulun 29-da Quba-Xınalıq yolunun 42-ci kilometrində uçan körpü hələ də bərpa olunmayıb. Dağ kəndlərinin əhalisi bu körpünün yenidən qurulmasını səbirsizliklə gözləyir. Ərazidə yaşayan Şahdağ xalqlarının özləri orada piyada keçidi üçün müvəqqəti taxta pilləkənlər düzəldiblər. Bu körpü Qubanı Cek, Əlik, Haput, Qalayxudat, Xınalıq kəndləri və Bostankeş yaşayış məntəqəsi ilə birləşdirir. Uçan körpünün o tayında qalan sakinlər və bu istiqamətə gələn sakinlər, eləcə də turistlər və qonaqlar yaranmış vəziyyətdən çox əziyyət çəkirlər. Nəqliyyat vasitələrinə təklif olunan alternativ Quba-Susay-Xınalıq yolu ilə hərəkət isə sürücülərə çox uzaq olduğundan, həmin yolla gediş-gəlişə üstünlük verilmir. Əlik, Haput, Cek kəndinin sakinləri yolu qısaltmaq üçün Əlik kəndinin girişindən UAZ, "Niva" və digər nəqliyyat vasitələri ilə çaydan keçirlər. Çayda su artanda isə bu, mümkünsüz olur. Görək körpün

Yeni İslam dövləti – Dünyanın Vatikandan da kiçik dövləti qurulur

Resim
Dünyanın Vatikandan da kiçik dövləti qurulur. Bu İslam dövləti olacaq. Belə bir ölkənin yaradılması Avropada – Balkan yarımadasının cənub-qərbində yerləşən Albaniyada nəzərdə tutulub. Belə ki, Albaniya özünün "Vatikan şəhəri"ni yaratmağı planlaşdırır. Lakin bu şəhər İslami şəhər olacaq. Hər şey planlaşdırıldığı kimi getsə, Paytaxt Tiranada yaradılacaq yeni mikro dövlət " Bəktaşi Təriqətinin Suveren Dövləti " adlanacaq. Nəticədə isə bu dövlət, Vatikan şəhərinin yalnız 1/4-i böyüklüyündə, dünyanın ən kiçik dövləti olacaq. Bu 10 hektarlıq torpaq sahəsinin öz idarəetməsi, pasportları və sərhədləri olacaq. Son siyahıyaalmaya görə 2,4 milyon nəfər əhalisi olan Albaniyada 1,1 milyon nəfər müsəlman var. Onların da 115.644 nəfəri Bəktaşi təriqətinə mənsubdurlar. Dərviş "Baba Mondi" təriqətin hazırki ruhani lideridir. İslam dinində mövcud təriqətlərdən biri olan sufi inanclı Bəktaşilik müəyyən qədər şiəliyə yaxındır. XIII əsrdə Türkiyədə qurulub, Osmanlı Türki