Yeni İslam dövləti – Dünyanın Vatikandan da kiçik dövləti qurulur

Dünyanın Vatikandan da kiçik dövləti qurulur. Bu İslam dövləti olacaq. Belə bir ölkənin yaradılması Avropada – Balkan yarımadasının cənub-qərbində yerləşən Albaniyada nəzərdə tutulub. Belə ki, Albaniya özünün "Vatikan şəhəri"ni yaratmağı planlaşdırır. Lakin bu şəhər İslami şəhər olacaq.

Hər şey planlaşdırıldığı kimi getsə, Paytaxt Tiranada yaradılacaq yeni mikro dövlət "Bəktaşi Təriqətinin Suveren Dövləti" adlanacaq. Nəticədə isə bu dövlət, Vatikan şəhərinin yalnız 1/4-i böyüklüyündə, dünyanın ən kiçik dövləti olacaq. Bu 10 hektarlıq torpaq sahəsinin öz idarəetməsi, pasportları və sərhədləri olacaq.

Son siyahıyaalmaya görə 2,4 milyon nəfər əhalisi olan Albaniyada 1,1 milyon nəfər müsəlman var. Onların da 115.644 nəfəri Bəktaşi təriqətinə mənsubdurlar. Dərviş "Baba Mondi" təriqətin hazırki ruhani lideridir.

İslam dinində mövcud təriqətlərdən biri olan sufi inanclı Bəktaşilik müəyyən qədər şiəliyə yaxındır. XIII əsrdə Türkiyədə qurulub, Osmanlı Türkiyəsində Yeniçərilərin ideoloji təriqəti hesab olunub.

Yeni qurulacaq dövlət də məhz Bəktaşi Təriqətinin dini anlayışı ilə idarə olunacaq. Dini dözümlülük anlayışı üzərində qurulacaq yeni dövlətdə alkoqol qadağası olmayacaq, qadınlara istədikləri kimi geyinməyə icazə veriləcək və Bəktaşi Təriqətinin tolerant modellərini əks etdirmək üçün heç bir həyat tərzi qaydası tətbiq olunmayacaq.

Hazırda mütəxəssislərdən ibarət qrup Albaniya daxilində qurulacaq yeni dövlətin suveren statusunu müəyyən edəcək qanunvericilik üzərində işləyir.

Albaniyanın Baş naziri Edi Rama yeni dövlətin məqsədinin "Albaniyanın fəxr etdiyi İslamın tolerant versiyası"nı təbliğ etmək olduğunu bildirib. "Biz dini dözümlülük xəzinəsinə sahib çıxmalıyıq" deyərək, o, vurğulayıb.


Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?