Güclü selin dağıtdığı körpü hələ də bərpa olunmayıb

Bu yay Quba rayonunda intensiv yağışlar nəticəsində baş vermiş güclü sel daşqınları səbəbindən iyulun 29-da Quba-Xınalıq yolunun 42-ci kilometrində uçan körpü hələ də bərpa olunmayıb. Dağ kəndlərinin əhalisi bu körpünün yenidən qurulmasını səbirsizliklə gözləyir. Ərazidə yaşayan Şahdağ xalqlarının özləri orada piyada keçidi üçün müvəqqəti taxta pilləkənlər düzəldiblər. Bu körpü Qubanı Cek, Əlik, Haput, Qalayxudat, Xınalıq kəndləri və Bostankeş yaşayış məntəqəsi ilə birləşdirir. Uçan körpünün o tayında qalan sakinlər və bu istiqamətə gələn sakinlər, eləcə də turistlər və qonaqlar yaranmış vəziyyətdən çox əziyyət çəkirlər.

Nəqliyyat vasitələrinə təklif olunan alternativ Quba-Susay-Xınalıq yolu ilə hərəkət isə sürücülərə çox uzaq olduğundan, həmin yolla gediş-gəlişə üstünlük verilmir. Əlik, Haput, Cek kəndinin sakinləri yolu qısaltmaq üçün Əlik kəndinin girişindən UAZ, "Niva" və digər nəqliyyat vasitələri ilə çaydan keçirlər. Çayda su artanda isə bu, mümkünsüz olur.

Görək körpünün yenidən tikilməsinə nə zaman başlanılacaq? Və yaxşı olardı ki, körpünü əvvəlki kimi bərbad formada deyil, xüsusi tarixi-memarlıq ornamentləri ilə zəngin üslubda tikərdilər.

Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?