14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?

Dünən – 30 noyabr 2021-ci il saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramış; qəza nəticəsində 14 zabitimiz şəhid olmuş, 2 zabit isə yaralanmışdır. Həlak olan və yaralanan hərbçilərimizin adları mediada yayılarkən, onlardan birinin rütbəsi göstərilməmiş, "İşçi Nəbiyev" kimi qeyd edilmişdir. Bəs kimdir "İşçi Nəbiyev"?

Gizli qəhrəman

Həmin şəhidimiz təqaüddə olan polkovnik Nəbiyev Elçin Fikrət oğludur.


O, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olmuş rəhmətlik general-leytenantımız Rail Rzayevin vaxtında Azərbaycanın baş şturmanı, "naviqasiyanın atası", HHMQ və HHQ Baş Qərargah rəisi olub. Elçin Nəbiyev ilk və yeganə azərbaycanlıdır ki, SSRİ dövründə Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq, Azərbaycan Ordusuna dönərək, ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb.

Daha sonra Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ müharibəsində uğurlu əməliyyatların tərtibində əsas müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biri olub. Onu tanıyanlar çox sadə insan olduğunu, çox ağır və son dərəcə həm nəzəri, həm də praktiki cəhətdən peşəkar bir kadr olduğunu bildirirlər.

Elçin Nəbiyev Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 16 avqust 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət etsin! Ruhları şad olsun!


P.S. Bu barədə TarPas kanalı üçün hazırladığım videonu da diqqətinizə təqdim edirəm.



Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi