29 noyabr doğum günümdür; 39 yaşım tamam olur. Eyni zamanda həm də ailə qurduğum gündür. Düz 13 il bundan əvvəl – 29 noyabr 2008-ci ildə 26 yaşım tamam olan gün Aygün xanım ilə toyumuz oldu... Yəqin ki, əksəriyyətinizə məlumdur ki, toy – evlilik ildönümlərinin maraqlı adları var. Ona görə də baxdım ki, görək bu gün üçün toyumuzun ildönümü necə adlanır? Bunun üçün baxdığım ilk mənbə elə özümün 2018-ci ilin bu günündə – Qızılgül Toyumuzda hazırladığım "Toy ildönümləri" adlı video oldu. Yeri gəlmişkən, toyumuz da Sumqayıtda – "Qızılgül" şadlıq evi ndə olmuşdu... Öz hazırladığım videoda gördüm ki, 13-cü ildönümü Krujeva Toyu adlanır. Videonu özüm hazırlasam da, doğrusu heç bu sözün mənasını bilmirəm. Bunun üçün ənənəvi müraciət etdiyim "azleks"ə baxdım . Həmin saytda yerləşdirilmiş məlumata görə "Azərbaycan dilinin izahlı lüğəti" ndə "krujeva" sözünün mənası belə yazılıb: "Paltarı və ya ev müxəlləfatını bəzəmək üçün şəbəkəli tor t...
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və din" ictimai fikir toplusunun 2021-ci ildə nəşr olunan 3-cü (ümumilikdə 70-ci) nömrəsinin 113-119-cu səhifələrində dərc edilmiş məqaləmi diqqətinizə çatdırıram. Mənbə: Müəllifi olduğum ik iki fotonu özüm commons.wikimedia.org saytına yükləmişəm. Qrız məscidinin fotosunu isə AZƏRTAC-dan götürmüşəm. QUBANIN ƏN QƏDİM MƏSCİDLƏRİ - ƏBU MÜSLİM MƏSCİDLƏRİNİN TARİXİNƏ DAİR MÜLAHİZƏLƏR Tərxan PAŞAZADƏ, tədqiqatçı, cekli829@gmail.com AÇAR SÖZLƏR: Əbu Müslim məscidi, Xınalıq, Qrız, Cek, İslam. КЛЮЧЕВЫЕ СЛОВА: Мечеть Абу Муслим, Хыналыг, Гриз, Джек, Ислам. KEY WORDS: Abu Muslim Mosque, Khinalig, Gryz, Jek, Islam. Giriş Azərbaycan Respublikasının Quba rayonu füsunkar təbiətə, etnik-dini baxımdan rəngarəngliyə malik olmaqla yanaşı, tarixi abidələri ilə də zəngindir. Belə tarixi abidələr sırasında dini məkanların özünəməxsus yeri vardır. Tarix boyu müxtəlif dinlərin təəssübkeşləri Quba torpağında...
Əslən Quba rayonunun Buduq kəndindən olan, tanınmış buduqlu hüquqşünas, ədliyyə general-mayoru Zavər Murad oğlu Qafarov 68 yaşında dünyasını dəyişib. O, ürək tutmasından vəfat edib. Zavər Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışmış, 2015-ci ilin mart ayınadək - təqaüdə göndərilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əmək daşlıq idarəsinin rəisi vəzifəsində işləmişdir. Daha sonra o, Ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2006-cı il tarixli, 1784 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə gör ə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2009-cu il tarixli, 599 nömrəli Sərəncamı ilə ona III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir. Hüquq elmləri üzrə fəlsəfə doktoru idi. Zavər Qafarov Xaçmazın Qobuqıraq kəndində dəfn ediləcək. Allah rəhmət eləsin!
Sabah - 14 noyabr 2021-ci ildə Azərbaycanda Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini keçiriləcək. Müsabiqə ölkəmizdə Azərbaycan Respublikasının Təhsil Institutu tərəfindən təşkil edilir. Azərbaycan, rus və ingilis dillərində keçiriləcək müsabiqə 90 dəqiqə davam edəcək. 1, 2 və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq. Müsabiqədə iştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. İştirak üçün ödəniş məbləği 13 AZN-dir. Qeydiyyat artıq başa çatıb. Belə ki, qeydiyyat Azərbaycan Respublikasının Təhsil Institutunu n Təhsil Texnologiyaları Mərkəzi tərəfindən 11 oktyabr - 1 noyabr aralığında onlayn aparılıb. Qeyd edim ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo ) məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqədir. Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən...
Sizə şair dostum təqdim edirəm. O, Anar Məcidzadə dir. Anar Məcidzadə heç də sıradan bir şair deyil, həm də publisistdir, jurnalistdir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, həm də dövlət qulluğunun kiçik müşaviridir, mənim həmkarımdır, eyni qurumda çalışırıq. 8 ildən çoxdur onunla tanış və dərhal da dost olmuşuq. Bir-birimizlə çoxlu zarafatlarımız var... Hətta deyərdim ki, onun yaradıcı fəaliyyətinin əsas tənqidçilərindən biriyəm. Onunla dost olandan bəri onun dostları ilə də dostlaşmışam. Əgər "Dostluq zəncirinin möhkəmləndirilməsində xidmətlərinə görə" adlı bir mükafat olsaydı, inanın ki, o mükafatı qazanmağa ən layiqli namizədlərdən biri məhz dostum Anar Məcidzadə olardı. Arada mən də şeir yazıram. Gah yazıram, gah da yazmıram. Konkret desək, ürəyim istəyəndə yazıram. Anar isə dayanmadan yazır; çünki onun ürəyi həmişə yazmaq istəyir. Beləcə yaza-yaza artıq 7-ci kitabı çap olunub. Amma 1998-ci ildən bədii yaradıcılıqla məşğul ol...
Yorumlar
Yorum Gönder
Burada şərhinizi yaza bilərsiniz.