Bu gün Krujeva Toyumuzdur

29 noyabr doğum günümdür; 39 yaşım tamam olur. Eyni zamanda həm də ailə qurduğum gündür. Düz 13 il bundan əvvəl – 29 noyabr 2008-ci ildə 26 yaşım tamam olan gün Aygün xanım ilə toyumuz oldu...

Yəqin ki, əksəriyyətinizə məlumdur ki, toy  evlilik ildönümlərinin maraqlı adları var. Ona görə də baxdım ki, görək bu gün üçün toyumuzun ildönümü necə adlanır?

Bunun üçün baxdığım ilk mənbə elə özümün 2018-ci ilin bu günündə – Qızılgül Toyumuzda hazırladığım "Toy ildönümləri" adlı video oldu. Yeri gəlmişkən, toyumuz da Sumqayıtda – "Qızılgül" şadlıq evində olmuşdu...

Öz hazırladığım videoda gördüm ki, 13-cü ildönümü Krujeva Toyu adlanır. Videonu özüm hazırlasam da, doğrusu heç bu sözün mənasını bilmirəm. Bunun üçün ənənəvi müraciət etdiyim "azleks"ə baxdım. Həmin saytda yerləşdirilmiş məlumata görə "Azərbaycan dilinin izahlı lüğəti"ndə "krujeva" sözünün mənası belə yazılıb: "Paltarı və ya ev müxəlləfatını bəzəmək üçün şəbəkəli tor toxuma." Hər nə isə... Fakt odur ki, toyumuzun 13-cü ildönümü Krujeva Toyu adlanır. Bunu kim, niyə və nə vaxt belə adlandırıbsa, daha o barədə dəqiq məlumatım yoxdur. Bilirsinizsə, şərhlərdə yazıb, məni də, oxucuları da məlumatlandıra bilərsiniz.

Maraqlı olduğunu nəzərə alıb, bütün toy ildönümlərini də diqqətinizə çatdırıram:

Toy ildönümləri

1-ci ildönümü — Çit Toy

2-ci ildönümü — Kağız Toy

3-cü ildönümü — Dəri Toy

4-cü ildönümü — Kətan Toy

5-ci ildönümü — Taxta Toy

6-cı ildönümü — Çuqun Toy

7-ci ildönümü — Bal Toy

8-ci ildönümü — Tənəkə Toy

9-cu ildönümü — Saxsı Toy

10-cu ildönümü — Qızılgül Toy

11-ci ildönümü — Polad Toy

12-ci ildönümü – Nikel Toy

13-cü ildönümü – Krujeva Toy

14-cü ildönümü — Əqiq Toy

15-ci ildönümü — Şüşə Toy

20-ci ildönümü — Çini Toy

25-ci ildönümü — Gümüş Toy

30-cü ildönümü — Mirvari Toy

35-ci ildönümü — Lent Toy

40-cı ildönümü — Yaqut Toy

45-ci ildönümü — Sapfir Toy

50-ci ildönümü — Qızıl Toy

55-ci ildönümü — Zümrüd Toy

60-cı ildönümü — Brilliant Toy

65-ci ildönümü — Dəmir Toy

70-ci ildönümü — Bərəkətli Toy

75-ci ildönümü — Tac Toy

100-cü ildönümü — Qırmızı Toy


Yeri gəlmişkən, "Toy ildönümləri" adlı videoya TarPas kanalında baxa bilərsiniz.

Hər zaman xoşbəxt olaq!

Yorumlar

Ən məşhur yazılar

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?