Buduqlu General vəfat etdi

Əslən Quba rayonunun Buduq kəndindən olan, tanınmış buduqlu hüquqşünas, ədliyyə general-mayoru Zavər Murad oğlu Qafarov 68 yaşında dünyasını dəyişib. O, ürək tutmasından vəfat edib.

Zavər Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışmış, 2015-ci ilin mart ayınadək - təqaüdə göndərilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi vəzifəsində işləmişdir. Daha sonra o, Ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2006-cı il tarixli, 1784 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2009-cu il tarixli, 599 nömrəli Sərəncamı ilə ona III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Hüquq elmləri üzrə fəlsəfə doktoru idi.

Zavər Qafarov Xaçmazın Qobuqıraq kəndində dəfn ediləcək.

Allah rəhmət eləsin!



Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?