Meyvə tanrısı - Zadə

Müşahidələrimdən deyə bilərəm ki, vaxtaşırı olaraq, soyad sonluqları ilə bağlı müzakirələr aparılır, müxtəlif təkliflər səsləndirilir.


Bu müzakirələr zamanı ən çox ittiham olunanlar isə, mən də daxil olmaqla "-ov", "-yev" soyad sonluqlarını "-zadə" soyad sonluğu ilə dəyişənlərdir. Bizi ittiham edənlərin əsas arqumenti də odur ki, "zadə" fars mənşəlidir. Bəli, doğrudur. "Zadə" farsca "zadən" (doğmaq) feili ilə qohumdur. Həmçinin, İranda da kifayət qədər çox sayda insanın soyadında "zadə" var...


Amma mən bildiyimə görə bu anlayış daha qədimdir. Farslardan da əvvəl "zadə" anlayışı qafqazlılarda olub. Qədim Qafqaz mifologiyasına görə "Zadə" və ya digər formalarda "Zade", "Zadeh", "Zaden" meyvə tanrısı olub. Bu mənada öz soyadımda "-zadə"nin işlənməsi daha məntiqlidir. Çünki biz də bizdən əvvəlkilərin meyvəsiyik. Bizdən sonrakılar da bizim meyvələrimizdir... Bunları nəzərə alaraq, "-zadə"ni özümə daha uyğun görmüşəm. Həm də mən cekliyəm, qafqazlıyam. Həmçinin, Azərbaycan qanunvericiliyi də buna icazə verir.


Düşünürəm ki, bunu oxuyanlar, daha məni ittiham etməzlər.

Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?