Əbu Turxan kimdir?

Əbu Turxan. Mənbə: Facebook

İllər öncə mediada bir imza meydana çıxdı: Əbu Turxan. Onun insan, cəmiyyət, sevgi, ağıl, mənəviyyat, əxlaq və başqa mövzulardakı aforizmləri, rübailəri və şeirləri qəzetlərdə çap olunmağa başladı. Son illərdə isə sosial şəbəkələrdə mütəmadi olaraq Əbu Turxan imzalı aforizmlərə rast gəlmək olur. Bəs fenomenə çevrilmiş Əbu Turxan kimdir?

Əbu Turxan fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun təxəllüsüdür.

1999-cu ildə onun oğlu anadan olur və adını türk adı olan Turxan qoyur. Səlahəddin müəllim sonradan həm türklüyü ifadə edən, həm də Şərq, türk-islam fəlsəfəsi ənənəsini özündə cəmləşdirən "Əbu Turxan", yəni "Turxanın atası" təxəllüsünü götürür; bu imza ilə "Ədəbiyyat" qəzetində bir səhifə şeirləri çıxır. Çoxları bunun orta çağ ədəbiyyatı nümunələri olduğunu düşünürlər.

Sonradan başqa mətbuat orqanlarında da Əbu Turxanın elm, sənət, ədəbiyyat, mənəviyyat, ağıl, məhəbbət mövzusunda silsilə aforizmləri çap olunur.

Beləliklə, Əbu Turxan imzası məşhurlaşır.

P.S. Bu mövzuda TarPas kanalı üçün hazırladığım videoya da baxa bilərsiniz:



Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?