Gələcəyin peşəsi – şəhər fermeri


Yaxın gələcəkdə geniş yayılacağı, əmək bazarında ən çox tələbatın olacağı proqnozlaşdırılan peşələrdən biri şəhər fermeri peşəsidir. Artıq o qədər də populyar, kütləvi olmasa da bu peşə ilə məşğul olanlar var. Zaman keçdikcə müxtəlif məhsulların yetişdirilməsi üçün evlərin damlarında və binaların fasadlarında bağ və bostanların salınması böyük şəhərlərdə trendə çevrilməkdədir. Gələcəkdə bu cür bağ və bostanların daha da geniş yayılması şəhərlərdə havanın çirklənməsi, yaşıl sahələrin olmaması, vətəndaşların təbiətdən təcrid edilməsi, ərzaq çatışmazlığı və qida təhlükəsizliyi kimi problemlərin həllinə yardım göstərə bilər.

Xüsusilə də əhalinin artması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələri də yaşayış məntəqələrinə çevrilməkdədir ki, bu da əkinçilik, bitkiçilik, heyvandarlıq üçün yeni yolların tapılmasını zərurətə çevirir. Ona görə də damda əkinçilik, şaquli meşə salınması, bir sözlə hər bir boş yer kənd təsərrüfatı üçün qiymətləndirilə bilər. Bu zaman bitkilərə qulluq etmək üçün şəhər fermerlərinə böyük tələbat yaranacaq. Hətta heyvanların saxlanılması üçün şəhər çobanlarına da ehtiyac olacaq.

Şəhər fermerləri böyük şəhərlərdə binaların damlarında və göydələnlərdə aqrosənaye təsərrüfatlarının təşkili və saxlanılması üzrə mütəxəssislər hesab olunurlar. Onlar gələcəkdə müasir meqopolis şəraitində kənd təsərrüfatı məhsullarının becərilməsi üzrə ixtisaslaşacaqlar. Həmçinin, daha məhdud şəraitdə həmin məhsulların yetişdirilməsi və daha da təkmilləşdirilməsi bacarıqlarına malik olacaqlar. Şəhər fermerlərinin qurduğu vertikal fermalar şəhər daxilində, hətta şəhərin mərkəzində bitki yetişdirməyə imkan verən ekoloji cəhətdən təmiz və müstəqil konstruksiyalardır. Proqnozlara görə şəhərləri yaşıllaşdıracaq şəhər fermerlərinin sayəsində kütləvi qida istehsalı inkişaf etdiriləcək, aclıq problemi həll ediləcək.

P.S. Bu mövzuda hazırladığım videonu TarPas kanalı vasitəsilə izləyə bilərsiniz.

Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?