Bu gün Krujeva Toyumuzdur

29 noyabr doğum günümdür; 39 yaşım tamam olur. Eyni zamanda həm də ailə qurduğum gündür. Düz 13 il bundan əvvəl – 29 noyabr 2008-ci ildə 26 yaşım tamam olan gün Aygün xanım ilə toyumuz oldu... Yəqin ki, əksəriyyətinizə məlumdur ki, toy – evlilik ildönümlərinin maraqlı adları var. Ona görə də baxdım ki, görək bu gün üçün toyumuzun ildönümü necə adlanır? Bunun üçün baxdığım ilk mənbə elə özümün 2018-ci ilin bu günündə – Qızılgül Toyumuzda hazırladığım "Toy ildönümləri" adlı video oldu. Yeri gəlmişkən, toyumuz da Sumqayıtda – "Qızılgül" şadlıq evi ndə olmuşdu... Öz hazırladığım videoda gördüm ki, 13-cü ildönümü Krujeva Toyu adlanır. Videonu özüm hazırlasam da, doğrusu heç bu sözün mənasını bilmirəm. Bunun üçün ənənəvi müraciət etdiyim "azleks"ə baxdım . Həmin saytda yerləşdirilmiş məlumata görə "Azərbaycan dilinin izahlı lüğəti" ndə "krujeva" sözünün mənası belə yazılıb: "Paltarı və ya ev müxəlləfatını bəzəmək üçün şəbəkəli tor t...