24 noyabr – Türkiyədə Müəllimlər Günü

Dünyanın müxtəlif yerində fərqli tarixlərdə qeyd olunan Müəllimlər Günü Türkiyədə hər il 24 noyabr tarixində qeyd edilir.

Atatürk 20 sentyabr 1928-ci ildə Kayseridə xalqa yeni türk hərflərini öyrədərkən. Mənbə: commons.wikimedia.org

Türkiyə Cümhuriyyətinin qurucusu olan Mustafa Kamal Atatürkün "Baş müəllim" adını aldığı 24 noyabr tarixi 1981-ci ildə – Atatürk İlində Prezident Kənan Evren tərəfindən Müəllimlər Günü elan edilmişdir.

Atatürkün "Baş müəllim" adını almasının maraqlı tarixçəsi var. Belə ki, 1923-cü ildə qurulmuş Türkiyə Cümhuriyyətində təhsildə ciddi islahatlara ehtiyac var idi. Məqsəd oxuma-yazmağı asanlaşdırmaq, müasir təhsil sistemini tətbiq etmək idi. Buna görə də Türkiyədə yeni əlifbaya keçid üçün fəaliyyətə başlanıldı. Nəticə olaraq, ilkin mərhələdə ali məktəblərdə keçirilən fizika, kimya, riyaziyyat dərslərində və poçt parkalarında latın əlifbasının işarələrindən istifadə edildi.

9 avqust 1928-ci il Türkiyə üçün latın hərfli əlifba inqilabının başlanğıcı oldu. Həmin gün Mustafa Kamal İstanbulun Fateh qəsəbəsindəki Sarayburnu parkında yeni əlifbanı tanıtdı, ilk dərsini Tekirdağda verdi. 1 noyabr 1928-ci ildə Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi "Türk Hərfləri Haqqında" Qanunla hərf inqilabı başlandı. Bu tarix həm də Türkiyə tarixində ilk dəfə olaraq, bir oxuma-yazma səfərbərliyi oldu.

Türkiyə Cümhuriyyətinin Nazirlər Kabineti Mustafa Kamala 11 noyabr 1928-ci ildə "Milli məktəblərin baş müəllimi" adını verdi. Bu ad 24 noyabr tarixində Milli Məktəblərin Təlimatnaməsinin yayımlanması ilə rəsmiləşdirildi.

P.S. Bu mövzuya uyğun olaraq, TarPas kanalı üçün türkcə hazırladığım "Öğretmenler Günü Mesajları" adlı videonu diqqətinizə təqdim edirəm.


Mənbə: 
https://www.trt.net.tr/

Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?