Azərbaycanın ilk kriptovalyuta şirkəti — "Crypto Consulting" MMC
Kriptovalyuta dünyası son illərdə xeyli inkişaf edib. Pandemiya zamanı isə bu sahəyə maraq daha da artdı. Xüsusilə də internetin əlçatanlığı təmin olunduqca, insanlar kriptovalyuta dünyası ilə daha yaxından tanış olmağa başladılar. Artıq bu bazarda böyük pullar və böyük oyunçular var. Riskləri də kifayət qədər təcrübə və bilik tələb edir. Azərbaycanda da bu sahəyə çox böyük maraq var. "Kriptovalyuta nədir?" sualının cavabı ilə artıq çox adam maraqlanır. Şəxsən tanıdığım və ya yeni tanış olduğum əksər insanlarla bu haqda dəfələrlə söhbətlərim, fikir mübadiləmiz olub. Bu maraq məni ölkəmizdə bu sahədəki vəziyyəti araşdırmağa sövq etdi. İlk növbədə təbii ki, bunun rəsmi tərəfi ilə maraqlanmağa başladım.
Çox aktual və gələcəyi olan bu sahə ilə bağlı ölkəmizdə ciddi boşluqlar var idi. Amma bu ildən vəziyyət dəyişməyə başlayıb. Artıq ölkəmizdə ilk kriptovalyuta şirkəti — "Crypto Consulting" MMC təsis olunub və fəaliyyət göstərir. Oxuduğunuz bu məqaləni də bilavasitə həmin şirkətin tanıtımı kimi qəbul edə bilərsiniz. Belə şirkətlərin mövcudluğu, xüsusilə də maarifləndirmə işində onların rolu vətəndaşlarımızın bu sahə ilə bağlı suallarına cavab tapmaqda həm kömək edə bilər, həm də kriptovalyuta dünyasında onların səmərəli fəaliyyəti ilə nəticələnə bilər. Çünki hazırda bu məsələnin ən vacib tərəfi budur. İnsanlarımız buna hazır olmazsa, bəlkə də bir neçə ildən sonra bunun əziyyətini çəkə bilərlər.
Şirkətin loqosu. Mənbə: kriptoinvest.az |
Elnur Quliyev. |
Dövlət qeydiyyatına alındığı tarix 19.02.2021-ci il, VÖEN-i isə 1805230961-dir. "Crypto Consulting" MMC-nin təsisçisi və direktoru müvafiq sahə üzrə ölkəmizdə ən tanınmış mütəxəssislərdən biri olan Elnur Quliyevdir.
"Crypto Consulting" MMC-nin əsas fəaliyyət istiqamətləri bunlardır:
- təhsil müəssisələri, dövlət və özəl sektoru təmsil edən idarələr üçün təqdimat, seminar və vörkşopların (workshop) keçirilməsi;
- investorlar üçün rəqəmsal aktivlər üzrə investisiya tövsiyyələri və investisiya portfelinin idarə edilməsi üzrə konsultasiya;
- individual təlim paketi: nəzəri və praktiki biliklərin öyrədilməsi;
- rəqəmsal texnologiyalar üzrə müvafiq tədqiqat və araşdırmaların aparılması;
- ETF investisiyalar üzrə konsultasiya;
- startap layihələrə maliyyə resurslarının (crowdfunding) cəlb edilməsi;
- biznesin tokenizasiyası.
- Rəqəmsal aktivlər investisiya aləti kimi: mahiyyəti və əsas xüsusiyyətləri.
- Mini Trader.
Saytın loqosu. Mənbə: kriptoinvest.az |
Yorumlar
Yorum Gönder
Burada şərhinizi yaza bilərsiniz.