Dorper qoyunu
Xeyli vaxtdır ki, qoyun cinsləri ilə maraqlanıram. Müvafiq sahədə fərdi araşdırmalar aparıram. Qərara gəldim ki, araşdırmalarımın bəzilərini sizlərə video olaraq təqdim edim. Ona görə də bu videonu hazırladım. Hazırladığım bu video Dorper qoyunu haqqındadır. Dorper qoyunu Çoxlu üstünlükləri olan Dorper qoyunu, Cənubi Afrikada inkişaf etdirilmiş bir qoyun cinsidir və dünyada geniş şəkildə tanınır. Bu qoyun cinsi yüksək ət keyfiyyəti, iqlimə uyğunlaşma qabiliyyəti və asan bəslənməsi ilə məşhurdur. Əsas üstünlüyü isə güclü immunitetidir. Demək olar ki, qoyunçuluq sahəsində bilinən heç bir xəstəliyə tutulmur. Dorperlər dünyada ən sürətli çoxala bilən və sürətlə böyüyən qoyun cinslərindən biridir. Tarixi Dorper qoyunu 1930-cu illərdə Cənubi Afrikada yaradılıb. “Dorset Horn” cinsli İngiltərə qoyunu ilə “ Persian Blekhed” cinsli İran qoyununun cütləşməsi nəticəsində əldə edilən Dorper qoyunu, Afrika şəraitinə uyğunlaşdırılmaq üçün xüsusi seçilmişdir. Adını da bu iki irqin adının ...